Həbsdə olan sabiq icra başçısı xəstəxanaya köçürüldü
Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun səhhəti pisləşib.
O, cəza cəzaçəkmə müəssisəsindən Pentensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
Bu barədə onun vəkili Elnur Vəliyev saytımıza açıqlama verib. O bildirib ki, sabiq icra başçısı hazırda həkim nəzarəti altındadır: "Onunla görüşəndə özünü yaxşı hiss etmədiyini dedi. Ürəyinə kardioqrama etmişdilər. Məlum oldu ki, ürəyində çat yaranıb. Bildiyiniz kimi ürəyindən bu günə kimi 3 dəfə əməliyyat olunub. Çox güman ki, yenidən əməliyyat olunacaq".
Xatırladaq ki, Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə 7 il 3 ay azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə, Ali Məhkəmə 5 il 9 aya endirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-10-2022, 12:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər