Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya edildi
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Əlistanov Namiq Bayrambəy oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qusar rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə Namiq Əlistanov tərəfindən dələduzluğun təkrar törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. Namiq Əlistanov 11.07.2022-ci il tarixdə Rusiya ərazisində müəyyən edilərək saxlanılıb. 05.10.2022-ci il tarixdə o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-10-2022, 11:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər