reklam
Regionxeberlericom.az » Cəmiyyət » Gəncədə 43 yaşlı kişi dini zəmində öldürülüb? - Foto

reklam

Gəncədə 43 yaşlı kişi dini zəmində öldürülüb? - Foto














Oktyabrın 5-də axşam saatlarında Gəncədə bıçaqlanaraq qətlə yetirilən 1979-cu il təvəllüdlü Anar Hüseynovun dini zəmində qətlə yetirildiyi iddia edilir.

Gəncədə şiə dindar kimi tanınan 43 yaşlı A.Hüseynovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək onu öldürən 1993-cü il təvəllüdlü Ramil Musayevin başqa dini təriqətin üzvü olduğu bildirilib.

Məlumata görə, Sahil küçəsində A.Hüseynovun qonşusu olan R.Musayev bir müddət əvvəl onun digər dini təriqət mənsubları barədə dediyi sözlərə görə yaranmış mübahisəyə müdaxilə edib. O, mübahisə zəminində bıçağı Anarın boğazına soxub. Ağır xəsarət alan şəxs oktyabrın 6-da səhər saatlarında xəstəxanaya çatdırılıb, lakin çoxlu qan itirdiyindən o vəfat edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Ramil Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.






Paylaş:


Müəllif : Tarix:
7-10-2022, 15:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər