Baş nazirin müavini 3 rayonda rəsmi məşğul əhalinin azlığından şikayətlənib - ADLAR
“Sahibkarlar da daxil olmaqla, qanuni əsaslarla formal əməklə məşğul olan əhalinin sayı 1 milyon 721 min 976 nəfər təşkil edir”.
regionxeberlericom.az-un APA-a istinadən məlumatına görə, bunu bu gün Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının rayon (şəhər) məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin rəhbərlərinin birgə iştirakı ilə keçirilən ikinci müşavirədə baş nazirin müavini, Komissiyanın sədri Əli Əhmədov bildirib.
Ə. Əhmədov deyib ki, bura kənd təsərrüfatı sahəsində məşğul olanlar daxil deyil: “Bunların 1 milyon 503 min nəfər muzdlu işçi, qalanları isə sahibkarlıqla məşğul olur. Bunun 1 milyon 36 min 484 nəfəri Bakı şəhərindədir. Ölkə üzrə formal məşğulluq bütövlükdə məşğul əhalinin 57,3 faizini təşkil edir. Bu göstərici o qədər də böyük göstərici deyil, məqsədimiz bu göstəricini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqdır. Bakı üzrə isə formal məşğul əhalinin bütövlükdə məşğul əhaliyə nisbəti ürəkaçandır. Bakıda formal, yəni rəsmi şəkildə məşğul işçilər bütövlükdə məşğul əhalinin 93,8 faizini təşkil edir”.
Baş nazirin müavini qeyd edib ki, regionlarda vəziyyət müxtəlifdir: “Məsələn, Ağcabədidə formal, yəni rəsmi məşğul əhalinin bütövlükdə məşğul əhaliyə nisbəti 61,60 faizə, Qəbələdə 52,2 faiz, Şəkidə 51,5 faiz, Xaçmazda 50,7 faiz, Abşeronda 50,6 faizdir. Bu rayonlarda göstəricilər 50 faizdən yüksəkdir. Digər rayonlarda isə bu göstərici 50 faizdən aşağıdır. Amma bəzi rayonlarda nisbət bizi qane etmir. Ən aşağı göstərici olan rayonların adlarını çəkəcəyəm. Amma bu o demək deyil ki, digər rayonlardakı göstəricilər bizi qane edir. Formal, rəsmi məşğul olan əhalinin bütövlükdə məşğul olan əhaliyə nisbətində ən aşağı göstəriciləri olan rayonlar Yardımlı rayonu (26,5 faiz), Qobustan (25,8 faiz), Hacıqabul (22 faiz) rayonlarıdır. Yüksək nəticəyə malik olmayan rayonlar b vəziyyətdən müvafiq nəticə çıxarmalıdırlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-07-2019, 16:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-07-2019, 16:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09