“Müharibəyə çağırış gələndə şoka düşdüm” - Azərbaycan əsilli idmançı
Azərbaycan əsilli rusiyalı fiqurlu konkisürən Dmitri Əliyev hərbi komissarlıqdan çağırış almasına necə reaksiya verdiyi barədə danışıb.
O, bu barədə “Championat.com”un suallarını cavablandırıb.
“Açıq deyim ki, biz Rusiya Federasiyasının qanunları çərçivəsində hərəkət etmişik. Özümü necə düzgün ifadə edəcəyimi bilmirəm. Əvvəlcə şok oldum, bunu mediadan öyrəndik, özümüz bilmirdik. Təyyarə enir, bizə deyirlər ki, Əliyevə çağırış vərəqəsi gəlib. Şoka düşdüm, bu qorxulu idi. Evə gəldim, bütün sənədləri hazırladım, çağırış komissiyasına getdik. Göstərildi və qeydiyyatdan keçdik. Qeydiyyat yerim dəyişdi, yeni qeydiyyat yerində qeydiyyatdan keçməli oldum”, - D.Əliyev deyib.
Qeyd edək ki, ata tərəfdən Azərbaycan əsilli olan 23 yaşlı Dmitri Əliyev 2018-ci ildə Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında 7-ci yer tutub. O, həmçinin 2020-ci ildəki Avropa çempionatının qalibidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-10-2022, 16:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər