reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ombudsmanının səlahiyyətləri artırılır

reklam

Ombudsmanının səlahiyyətləri artırılır

















İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, əvvəllər ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Milli preventiv qrupun üzvü ola bilməzlər.

Bu barədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində əksini tapıb. Qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub.

Qanun layihəsinə əsasən, Ombudsman Aparatında yaradılan Milli Preventiv qrupa yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxslər üzv ola bilərlər. Milli Preventiv qrupun üzvləri ombudsman tərəfindən şəffaf proseduralar əsasında təyin olunurlar.

Milli Preventiv qrupun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq, saxlanılan şəxslərlə təkbətək və ya mütəxəssisin, tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək hüququna malikdir. Qrup üzvü həmçinin akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, foto, audio və video qeydiyyatı apara bilər.

Milli Preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirilməsi əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Üzv öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz. Onun poçt, teleqraf və digər göndərişlərinin, elektron yazışmalarının götürülməsinə və yoxlanılmasına yol verilmir.

Qeyd edək ki, yeni qanun layihəsinə əsasən Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin səlahiyyətləri bir qədər də genişləndirilir. Qanun layihəsində dəyişikliyə görə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) Aparatının “A” statusunun yenidən əldə olunması ölkəmizin BMT-nin İnsan Hüquqları Şurasının aidiyyəti sessiyalarına yazılı və şifahi bəyanatlar təqdim etmək hüququnu bərpa edəcək. Bu da postmüharibə dövründə dövlət maraqları baxımından son dərəcə əhəmiyyətlidir.




Paylaş:


Müəllif : Tarix:
7-10-2022, 22:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər