reklam
Regionxeberlericom.az » Cəmiyyət » Astarada ağlasığmaz ekoloji cinayət: Ekologiya işçiləri meşədə aqrobağ salır (Video, Foto)

reklam

Astarada ağlasığmaz ekoloji cinayət: Ekologiya işçiləri meşədə aqrobağ salır (Video, Foto)















Astarada Təngərüd meşəbəyliyinin 6 saylı meşə dolayında yerli Ekologiya idarəsinin əməkdaşları aqrobağ salmaq məqsədi ilə agacları məhv edirlər.Bu barədə “ecofront” məlumat yayıb. Məlumatda deyilir ki, meşədə aqrobağ salmaq məqsədilə 25-dən artıq iridiametrli ağacın (şabalıyarpaq palıd, cır xurma, vələs) gövdəsini halqavari kəsib və 10-15 ağacı deşib içərisinə kimyəvi məhlul tökərək onları məhv etməyi planlaşdırırlar. Həmin ağacların əksəriyyəti də “Qırmıza kitab”a düşüb.Yerli sakinlər isə bildirir ki, işlərin başında Qurban adlı şəxs dayanır…Baş verən cinayət hadisəsinin ictimailəşməsinə baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələlik heç bir tədbir görməyib. Əvəzində isə problemi ictimailəşdirən yerli sakinlərdən birinə inzibati qurumların təzyiqi başlayıb.Təngərüd meşələrində baş verən cinayətin görüntülərini təqdim edirik:

https://www.facebook.com/ecofront.az/videos/1255197525264311

 




Paylaş:


Müəllif : Tarix:
10-10-2022, 12:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər