reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Prius"lar niyə sığorta edilmir? - PROBLEMƏ ÇEVRİLİB...

reklam

"Prius"lar niyə sığorta edilmir? - PROBLEMƏ ÇEVRİLİB...
















Son vaxtlar kiçik mühərrikli daha çox taksi xidməti göstərən avtomobillərin icbari sığortası ilə bağlı problemlər yaranıb.Belə ki, bəzi sığorta şirkətləri qeyri-rəsmi olaraq sözügedən avtomobillərin icbari sığortasından imtina edirlər.

Trend-in məlumatına görə, sığorta şirkətləri imtinaya səbəb kimi kiçik mühərrikli nəqliyyat vasitələrinin qəza riskinin çox olmasını göstərirlər.

Sürücülər bildirirlər ki, problem əsasən "Toyota Prius", "Azsamand", "Khazar", "Opel Astra", "Saipa" kimi avtomobillərdə yaşanır. Ən çox isə "Toyota Prius" marakalı avtomobillərin sürücüləri bu halla qarşıladıqlarını iddia edirlər.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, icbari sığorta şirkətlərinin vətəndaşa xidmətdən imtina etmək hüququ yoxdur.

"Bəzi sığorta şirkətlərinin avtomobilləri sığorta etməməsi qeyri-qanunidir. Yeni icbari sığorta qaydalarının tətbiq edilməsindən sonra belə halların sayı azalacaq və ümumiyyətlə olmayacaq", - deyə ekspert bildirib.

Mərkəzi Bankdan Trend-in sorğusuna cavab olaraq bildirblər ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 5.3-cü maddəsinə əsasən sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər.

Qanunun 23.3-cü maddəsinə görə sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.

Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) əsas vəzifələrindən biri maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsini və onların pozulmasının qarşısının alınmasını təmin etməkdir. Bunun üçün Mərkəzi Bank hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının pozulması ilə bağlı müraciətlər üzrə araşdırmalar aparır və hüquq pozuntularına qarşı tədbirlər görür.

Mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşlar pozulmuş hüquqlarının müdafiəsi üçün Mərkəzi Banka yazılı və şifahi qaydada müraciət edə bilər. Mərkəzi Banka https://contact.e-cbar.az/ rəsmi saytı vasitəsilə və ya Bakı şəhəri, Bülbül prospekti 27 ünvanına rəsmi qaydada məktub ünvanlamaqla yazılı qaydada müraciət etmək mümkündür.

Həmçinin Mərkəzi Bankın “966 qaynar xətti” iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək daxil olan zənglərin cavablandırılmasını həyata keçirir.

Məlumat üçün qeyd edirik ki, vətəndaşlar Mərkəzi Bankda qəbulda iştirak etmək istədikdə [email protected] “Skype” hesabı və ya (055) 966-19-66 “Whatsapp” nömrəsi vasitəsilə video görüntülü əlaqə saxlaya bilər.

Həmçinin Mərkəzi Bankın rəsmi internet səhifəsindəki “Elektron xidmətlər portalı” vasitəsilə və ya https://randevu.e-cbar.az/home səhifəsinə keçid edərək Mərkəzi Bankın inzibati binasına gəlməzdən əvvəl qəbulda iştirak etmək istədiyi günü və vaxtı seçərək onlayn şəkildə növbə əldə edə bilər.




Paylaş:


Müəllif : Tarix:
10-10-2022, 12:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər