reklam
Regionxeberlericom.az » Cəmiyyət » Putindən sonra o da Ukraynaya xəbərdarlıq etdi

reklam

Putindən sonra o da Ukraynaya xəbərdarlıq etdi
















“Ukraynanın mövcud siyasi rejimi Rusiya üçün daimi və ciddi təhdid doğurur”.

Bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev öz rəsmi teleqram kanalında yazıb. 

“Birinci epizod oynanıldı. Digərləri də olacaq. Və bir də. Şəxsi mövqeyimi bildirim. Ukrayna dövləti nasist siyasi rejimi ilə hazırki konfiqurasiyasında Rusiyaya daimi, birbaşa və aydın təhdid doğuracaq. Buna görə də, insanlarımızın və sərhədlərimizin müdafiəsi ilə yanaşı, fikrimcə, gələcək fəaliyyətlərimizin məqsədi Ukrayna siyasi rejiminin tam olaraq sıradan çıxarılması olmalıdır”, - deyə Medvedyev söyləyib. 

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətləri də daxil olmaqla ölkənin 15 bölgəsini raket atəşinə tutub. Hadisə nəticəsində ölən və yaralılar var.




Paylaş:


Müəllif : Tarix:
10-10-2022, 15:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər