reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ermənistanda Gəncə terroruna görə heç kim məsuliyyətə cəlb olunmayıb - XİN

reklam

Ermənistanda Gəncə terroruna görə heç kim məsuliyyətə cəlb olunmayıb - XİN

















“Bu gün Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələrinin 10 dinc sakinin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən vəhşicəsinə hücumunun ikinci ildönümüdür. Bu hərbi cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb. Bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə yazıb.

Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində Gəncə şəhəri ermənilər tərəfindən raket hücumuna məruz qalıb. Nəticədə 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.




Paylaş:


Müəllif : Tarix:
11-10-2022, 11:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər