Əsgər Ağazadəyə hökm oxundu
AXCP funksioneri Fuad Qəhrəmanlının qızına cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda Əsgər Ağazadə son söz deyib. O, son sözündə günahsız olduğunu bildirib.
Daha sonra məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Əsgər Ağazadə verilmiş ittihamla təqsirli bilinərək 5 il azadlıqdan məhrum olunub.
Prokuror Əsgər Ağazadəyə 7 il həbs cəzası istəmişdi.
Xatırladaq ki, prokurorluq tərəfindən həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan (2004-ci il təvəllüdlü) Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə dair əsalışübhələr müəyyən olunub.
Məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə yekun ittiham elan olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-10-2022, 19:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər