reklam
Regionxeberlericom.az » Cəmiyyət » İcra məmurunun tələbləri ilə bağlı yeni cərimələr müəyyənləşir

reklam

İcra məmurunun tələbləri ilə bağlı yeni cərimələr müəyyənləşir
















Azərbaycanda məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə yeni cərimələr müəyyənləşib.

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliklə məcəllənin 528.1-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Digər dəyişikliklə məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi günden bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, vəzifəli şəxslər 2 500 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə olunacaq.

Bundan əlavə, 528.3-cü maddəyə “borclunun№ sözündən sonra “hesabına (hesablarına) xidmət edən bank və ya digər kredit təşkilatı tərəfindən borclunun” sözləri əlavə edilir. Dəyişikliklə borclunun, hesabına (hesablarına) xidmət edən bank və ya digər kredit təşkilatı tərəfindən borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik layihəsi Milli Məclisin iclasında I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.




Paylaş:


Müəllif : Tarix:
14-10-2022, 14:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər