“Əgər Tahir Kərimli oğluna iş tapa bilmirsə, gedib özünü...” - Qalmaqal
“Birincisi, Tahir Kərimli deyirsə ki, oğlum iş tapa bilmir, işsizdir, onda Tahir Kərimli getsin özünü assın. Əgər oğlunu işə düzəldə bilmirsə, deməli, ya o kimlərinsə qarşısında gözükölgəlidir, ya da ki, bacarıqsız bir adamdır. Yəni deputat oğluna iş tapa bilmirsə, başqaları necə iş tapsın özünə?!”
Bu sözləri açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
H.Hacıyev “Vəhdət” Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimlinin oğlunun işsizliyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, “Vəhdət” sədri açıqlamasında deyib ki, oğlu 2 aydan çoxdur ki, işsizdir və ona iş tapa bilmir.
Öz növbəsində MMP lideri təsdiqləyib ki, onsuz da Azərbaycanda işsizlik var:
“Biz bunu təkzib etmirik ki?! Amma işləmək istəməyənlər də var. Məsələn, bizə məlumat gəlir ki, müəyyən sahələrdə işləmək istəməyənlər çoxdur. Gənclərimiz də elə öyrənib ki, harada oturum, nə edim, gedim yalandan başımı qatım, mənə pul versinlər və s. deyirlər. Elə şey yoxdur!
Düzdür, Azərbaycanda zavodlar, fabriklər yoxdur. Sadəcə, sahibkarlığın müəyyən sahələri var. İndi hər halda Tahir Kərimli də Milli Məclisin deputatıdır. Adama deyərlər ki, sən öz oğluna iş tapa bilmirsənsə, onda niyə deputat olursan?! Düşünürəm ki, bu, zəiflik əlamətidir. Tahir Kərimli niyə belə hərəkət edib, başa düşə bilmərəm”.
“Bilirsiniz, necədir? Tahir Kərimli kimdənsə xahiş etsə, ona mütləq kömək edərlər. Əgər iş tapa bilmirsə, mənə desin, mən köməklik edib onun oğluna iş tapa bilərəm.
Yenə deyirəm, bu, onun özünün zəifliyidir və o, əgər öz oğluna iş tapa bilmirsə, onda parlamentin üzvü olması yersizdir və orada oturmağının mənası yoxdur”, - əlavə edib.
H.Hacıyev yekunda Milli Məclisə də etiraz bildirib:
“Deputatlar kömək etməlidirlər ki, işsiz adamların hamısına iş tapılsın. Əgər bunu etmirlərsə, onda bu adamlar yerlərində olmayan insanlardır ki, düşüblər məclisə.
Hər halda bu, düzgün yanaşma deyil. İndi ola bilər ki, onun özünə hörmət etməsinlər, lakin heç olmasa onun deputatlığına, deputatlıq mandatına hörmət etsinlər. Ona görə də fikrimcə, Tahir bəyin bu cür açıqlaması yolverilməz bir haldır”.(Yenisabah.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:14-10-2022, 14:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər