reklam
Regionxeberlericom.az » Cəmiyyət » İsmayıllıya şortiklə gedən bloqerə qarşı zorakılıq - Video

reklam

İsmayıllıya şortiklə gedən bloqerə qarşı zorakılıq - Video
















Azərbaycanlı səyahət bloqeri Pələng Kərimov şortik geyindiyinə görə İsmayıllıda təzyiqlə üzləşib.

Bu barədə o öz yutub kanalında görüntüləri yayımlayıb. Görüntülər İsmayıllının Qalacıq kəndində qeydə alınıb. Belə ki, Ş.Kərimov şortiklə kəndin içindən keçərkən bir avtomobildən onu şəlaləyə qədər aparmasını xahiş edib. Maşını sürən şəxs isə “şortik geyinməsən aparardım” deyərək onu avtomobilə mindirməyib. Daha sonra maşını qarşıda saxlayaraq, bloqerlə mübahisə etməyə başlayıb. Ona şortiklə kəndə gəlməməli olduğunu deyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, qeyd olunan məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət daxil olub: "Videoda görüntülənən kənd sakini İsmayıllı Rayon Polis Şöbəsinə dəvət edilib və hazırda müvafiq araşdırma aparılır”.

Qeyd edək ki, avqust ayında da İsmayıllının Qalacıq kəndində yerli sakinlərlə turistlər arasında şortiklə bağlı eyni problem yaşanmışdı.




Paylaş:


Müəllif : Tarix:
14-10-2022, 17:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər