Xalq artisti “Poz, qazan”ı tənqid etdi – “Qumar kimi bir şeydir, sabah uşaqlar ata-analarının pulunu da oğurlayacaqlar”
"Uşaqların "Poz, qazan” kimi lotereyalarla məşğul olmasına çox pis baxıram. Uşağın meyli yalnız dərsə olmalıdır. Əvvəllər məktəblilər asudə vaxtlarını daha yaxşı keçirmələri üçün mədəniyyət evlərində rəsm, pianino dərnəklərinə, idmana gedirdirlər. Məktəblərin yaxınlığında "Poz, qazan” kimi lotereyaların satışı qətiyyən yolverilməzdir. Bu nə deməkdir? İndidən uşaqları pula öyrədirlər, axı bu, onlar üçün hələ tezdir. Uşaq dərsə, elmə yox, pula meyillənməyə başlayır. Bunun qarşısını almaq üçün məktəb də, Elm və Təhsil Nazirliyi də birgə iş görməli, bir yerdə mübarizə aparmalıdır. Məktəblərin yaxınlığında belə lotereyaların satışına qadağa qoyulmalıdır, uşaqlar maarifləndirilməlidir. Məktəb bizim gələcəyimizi yetişdirir. Şəhərin hansısa yerində gedib sata bilərlər. Yuxarı yaşda olanlardan kim istəyir, gedib alsın...”
Bu sözləri "Pravda.az"a müsahibəsində Xalq artisti, tanınmış aktrisa Naibə Allahverdiyeva deyib.
Xalq artisti bildirib ki, məktəblərin ətrafında "Poz, qazan” kimi lotereyaların satış köşklərini yerləşdirməkdənsə, kitab satışına şərait yaradılmalıdır: ""Poz, qazan” lotereyalarını kim məktəblərin ətrafında satırsa, o adamı tutub içəri basmaq lazımdır. Bu nə deməkdir? Kitab satılmalıdır, necə yəni kitabı yığışdırırlar, lotereyaların satışına icazə verirlər. Belə şey olar? Bunun gələcəyi yoxdur, çox pis vərdişdir. Bu uşaqlar sabah gedib adam öldürə bilərlər. Belə lotereyalar qumar kimi bir şeydir, insan öyrəşir. Uşaqlar da buna öyrəşəcəklər. Sabah gedib yoldan keçən insanların əlindən çantasını da, evdə ata-analarının pulunu da oğurlayacaqlar. Görəcəklər pul yoxdur, valideynlərinə, qonşularına qarşı cinayət törədəcəklər. Bunun qarşısı indidən alınmasa, gələcəkdə çox pis hallar baş verə bilər. Görürük ki, gəncliyimiz məhvə doğru gedir. Uşaqlar təhsildən kənarlaşırlar. Yolda müşahidə edirsən ki, gənclər tamam başqa cür formalaşır, bir cümləni qoşub danışa bilmirlər”.
Aktrisa deyib ki, zərərli vərdişlərin qarşısının alınması üçün təbliğat aparılmalıdır: "Televiziya kanallarında da bu barədə deyilməlidir, daha çox maarifləndirici verilişlər olmalıdır. Televiziyalardakı axmaq-axmaq verilişlər ki var, biri çıxıb deyir "filankəs 350 minə maşın aldı”... Belə şeylər ayıbdır! Televiziyadan insanlara gözəl şeylər aşılanmalıdır. Nə bilim vallah, artıq televiziya kanallarına da baxmıram. "İnstagram”a da girib heç nə oxumuram. Belə şeyləri eşidəndə həyat mənasızlaşır. Öndə olan, istedadlı uşaqları örnək kimi reklam etmək lazımdır. Elə sosial şəbəkələrin özündə də gic-gic paylaşımlar etməkdənsə, maarifləndirici paylaşımlar edilsin. Kim kimdən boşandı, kim kimi aldı, öldürdü... Sosial şəbəkələri açmaq olmur, adamın artıq gözü ağrıyır, beyni yorulur. Uşağa evdə deməklə də artıq heç nə alınmır. Uşaqla ata-ana arasında uçurum yaranır, münasibət korlanır. Çünki uşaq çöldə görür ki, öz yaşıdı belə lotereyalara meyil edir. Valideynlər övladlarını idmana, incəsənətə yönəltsələr, bu, gələcəkdə uşağın dünya görüşü, inkişafı üçün faydalı olar. Valideynləri də qınamaq olmur. Bilmirəm, internətə görədir, ya nədəndir, valideynlər indiki uşaqlarla bacar bilmirlər. Uşağı "yığıb-yığışdırmaq” valideyn üçün çox çətindir. Məktəblərdə nələr baş verir. Bizim zamanımızda müəllim uşağı danlayardı, amma valideyn buna görə heç vaxt müəllimin üstünə getməzdi. Deyərdi, "əti sənin, sümüyü mənim”. Əvvəllər valideyn uşağını günahkar bilərdi, müəllimi yox. İndi isə müəllimlərlə valideynlər arasında uçurum yaranıb. Uşaqlar teatra, muzeyə gedərdilər. Amma sonradan məktəblərdə teatr biletlərinin satışına qadağa qoyuldu. Bütün bunlardan sonra uşaqlar artıq başqa vərdişlərə meyil etməyə başladılar. İndi də bunları "yığıb-yığışdırmaq” mümkün deyil...”
Paylaş:
Müəllif : Fuad
Tarix:15-10-2022, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər