reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradıldı

reklam

“Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradıldı

















Prezident İlham Əliyev “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin yaradılması və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb və Fondun Nizamnaməsi təsdiq edilib.

Fondun nizamnamə fondu 4157866,0 (dörd milyon yüz əlli yeddi min səkkiz yüz altmış altı) manatdır.

Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Fondun fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.

Fond bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edəcək.

Prezident həmçinin “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiqi və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 2818 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri sədrlik edir.

Müşahidə Şurasının üzvləri elm və təhsil naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədrindən ibarətdir.




Paylaş:


Müəllif : Tarix:
15-10-2022, 15:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər