“SƏHRALAŞMAYAQ” gənc eko-səfirlərin hazırlanması” layihəsinə start verildi - FOTOLAR
15 oktyabr 2022-ci ildə Masallı şəhərində Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan “SƏHRALAŞMAYAQ”gənc eko-səfirlərin hazırlanması layihəsinin ilk günün təlimi keçirilmişdir. Qeyd edim ki, üç günlük davam edən təlim 16 və 17 oktyabr 2022-ci tarixlərində davam etdiriləcəkdir. Layihənin müddəti iki ay olmaqla 01 sentyabr – 01 noyabr 2022-ci il tarixləri əhatə edir.
Bu barədə məlumat verən “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci Ələkbər oğlu qeyd etmişdir ki, təlim onlayn müraciətlər içərisindən seçilmiş 20 nəfər gəncin iştirakı ilə keçirilir. Layihənin məqsədi ətraf mühitin səhralaşmasına qarşı gənc nəslin diqqətini cəlb etmək, bu sahədə ictimai nəzarətin aparılmasında gənclərin fəallığının artırılmasıdır.İlk gündə keçrirlən təlimdə enercayzerlərlə yanaşı gənclər və gənclər siyasəti, könüllülük və gənclərin könüllülük fəaliyyəti, ekoloji vəziyyət və ekoloji siyasət, ekoloji sistem, ətraf mühit, onun qorunması və ekoloji tarazlığın saxlanılması mövzularında gənclərə təlimlər keçirilmişdir.Üç gün ərzində keçiriləcək təlim kurslarında uyğun mövzular üzrə təlimçilər Samir Axundov və Afiq Məlikov tərəfindən təlimlər keçəcəkdir.
“Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-10-2022, 23:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər