reklam
Regionxeberlericom.az » Cəmiyyət » 18 oktyabr Müstəqilliyin Bərpası Günüdür

reklam

18 oktyabr Müstəqilliyin Bərpası Günüdür

















18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, digərləri ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Qeyd edək ki, 18 oktyabr əvvəl Azərbaycanda Müstəqillik Günü kimi qeyd edilirdi. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib. Respublika Günü kimi qeyd olunan 28 may isə Müstəqillik Günü olaraq dəyişdirilib.

Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan iş günüdür.




Paylaş:


Müəllif : Tarix:
18-10-2022, 10:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər