reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Müharibədən əvvəl pulsuz oxuyurdum, indi deyirlər pul ödəməlisən...” - Açıqlama

reklam

“Müharibədən əvvəl pulsuz oxuyurdum, indi deyirlər pul ödəməlisən...” - Açıqlama
















“Müharibəyə getməmişdən əvvəl pulsuz oxuyurdum. Dondurub getmişəm, indi mənə deyirlər ki, pul ödəməlisən. Dövlətdə mən canımı qoymuşamsa, niyə pul ödəməliyəm?”

Bu barədə Toplum TV-yə Salyan rayonundan olan Vətən müharibəsi qazisi Kamil Məmmədov bildirib.

O qeyd edib ki, dövlət sifarişi əsasında Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin nəzdində Bakı Neft və Energetika kollecinə qəbul olunsa da, müharibədən qayıtdıqdan sonra təhsilini ödənişli qaydada davam etdirmək məcburiyyətində qalıb. Qeyd olunub ki, K. Məmmədov müharibədən qayıtdıqdan sonra kollecə müraciət etdikdə ona təhsilinin bundan sonra ödənişli olacağı deyilib. 

Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Neft və Sənayə Universiteti ilə əlaqə saxladıq. Universitetin mətbuat katibi Bəhruz Nəzərov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, K. Məmmədov 2017-ci ildə Bakı Neft və Energetika kollecinin Energetika ixtisasına qəbul olunub. Lakin 2019-cu ildə öz ərizəsi ilə kollecdən çıxıb: “Daha sonra hərbi xidmətə yola düşüb. Hərbi xidmətdə olduğu zaman 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarında iştirak edib. Hərbi xidmətini başa vurduqdan sonra geri qayıdıb və 2021-ci ildə yenidən müraciət edərək kollecə bərpa olunub. Əvvəlcə dövlət sifarişi əsasında təhsil alsa da, öz istəyi ilə qiyabi təhsili seçib. Mövcud qanunvericiliyə görə, dövlət sifarişi əsasında təhsil alan tələbə öz xahişi ilə təhsil müəssisəsindən çıxırsa, yenidən bərpa olunanda təhsili yalnız ödənişli əsaslarla olur”. 

B. Nəzərov əlavə edib ki, tələbə yenidən kollecə qayıdanda ödəniş edəcəyi öhdəliyini götürüb. Lakin sonradan ödəniş edə bilməyəcəyini bildirib: “Kollecdən ona təklif olunub ki, ödənişi hissə-hissə də ödəyə bilər. Məbləği ödəmədiyi üçün 2022-ci ilin fevralında kollecdən xaric olunub. Kollecdən bir neçə dəfə onunla əlaqə saxlanılıb və bildirilib ki, istədiyi vaxt gəlib təhsilini bərpa edə bilər. Kollecdə onun maddi vəziyyətini nəzərə alaraq ödənişlərini hissə-hissə ödəmək imkanı yaradıla bilər. 

Bizdə olan məlumata görə, Salyan rayon sakini olan K. Məmmədova Salyan rayon rəhbərliyi tərəfindən təhsil haqqının ödənişi ilə bağlı dəfələrlə yardım göstərilib, lakin o, təhsil haqqını ödəməyib”. 




Paylaş:


Müəllif : Tarix:
19-10-2022, 16:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər