Şəhid polkovnik-leytenantın oğlu vərəsəlik ala bilmir - Foto
“Oğlum Vasif İbrahimov I qrup əlildir. 16 yaşı var, əlil arabasındadır. Şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun nikahdankənar övladı olsa da, adı vərəsələrin siyahısında yoxdur, indiyə kimi vərəsə kimi pay almayıb”.
Bu sözləri “Qafqazinfo”ya müraciətində V.İbrahimovun anası Lamiyə Abbasova deyib.
O bildirib ki, Vətən müharibəsi şəhidi Xeyrulla İbrahimovla rəsmi nikahı olmayıb. Lakin övladı doğulandan sonra X. İbrahimov uşağa soyadını və atalığını verib. Maddi baxımdan onu təmin edib, hər ay pul göndərib. Buna baxmayaraq, atasının şəhadətindən sonra adı şəhidin digər övladları ilə birgə vərəsələrin siyahısına salınmayıb: “Biz Gəncədə kirayədə yaşayırıq. Atasının şəhid olmasından 6-7 ay sonra şəhid övladı statusu ala bildik. Hazırda atasının pensiyasının 50 faizini və Prezident təqaüdünün 125 manatını alır. Dünən notariusa vərəsəlik kağızını çıxarmağa getmişdim, məlum oldu ki, uşağın adı vərəsələrin siyahısında yoxdur. Kompüter sistemində bu adamın 3 övladı çıxır. Necə olur ki, 2 övladı vərəsə kimi götürülür, biri yox? Şəhid ailələrinə 11 min manat sığorta pulu ilə birlikdə 21 min manat ödəniş olunur. Onlardan bir qəpik də bizə verməyiblər. Ailə bu uşağı qəbul etmir. Şəhidin ipotekada olan evinin pulunu dövlət ödəyib və o evi kiməsə bağışlayıblar. Biz də burada kirayədə qalırıq. Vəziyyətimiz də ağırdır, mən uşağa görə işləyə bilmirəm. Tez-tez epilepsiyası olur, xəstə uşaqdır. Özümə heç nə istəmirəm, ancaq övladımın haqqını istəyirəm. Çünki ona da bir pay düşür”.
L. Abbasovanın sözlərinə görə, yaşadıqları yer üzrə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Onlara bildirilib ki, bir şəhidin ailəsinə bir ev düşür və Bakıdakı ailəsi oradan bu evi alıb: “Mənə deyirlər ki, Gəncəyə aid deyil. Aldığımız pulu kirayəyə veririk, uşağın dərmanlarını çatdıra bilmirəm. Əvvəllər evimiz olub, 5 il əvvəl uşağı əməliyyata aparmışam, evimi satmışam. Artıq uşağın əli tutur, danışa bilir, müalicəlik bircə ayaqları qalıb. Pul verilsə, mən də uşağımı müalicəyə apararam”.
Şəhid övladının adının vərəsələr siyahısına salınması Ədliyyə Nazirliyinin səlahiyyətində olduğundan quruma yaranmış problemlə bağlı sorğu ünvanladıq. Nazirlikdən bildirildi ki, hazırda məsələ araşdırılır: "Şəhid ailə üzvlərinin müraciətləri Ədliyyə Nazirliyinin daim xüsusi diqqət mərkəzindədir. Bu qəbildən olan şəxslərə qayğılı münasibətlə bağlı dövlət başçısının çağırışlarına dəstək olaraq Vətən müharibəsinin ilk günündən şəhid ailə üzvlərinə göstərilən xidmətləri notariuslar öz hesabına həyata keçirirlər. Şəhid Xeyrulla İbrahimovun vərəsəlik işi ilə bağlı məsələ hazırda araşdırılır və hüquqi yardım çərçivəsində bütün zəruri addımlar atılacaq".
Məlumat üçün bildirək ki, vərəsəlik məsələsinin sistemə salınmasından sonra şəhid övladı digər imtiyazlardan yararlana bilər. Vəkil Orxan Əhmədov saytımıza bildirib ki, qanunvericiliyə görə, rəsmi və ya qeyri-rəsmi nikahdan doğulmasından asılı olmayaraq, vətəndaşa atası tərəfindən atalıq verilməsi və doğum haqqında şəhadətnamədə atasının qeyd olunması artıq onun atasının vərəsəsi olduğunu təsdiqləyir: “Uşaq üçün rəsmi və ya qeyri-rəsmi nikahla doğulmanın heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, atalığı etiraf olunsun, doğum haqqında şəhadətnaməsində atası kimi qeyd olunsun. Əgər atalıq etiraf olunub və doğum haqqında şəhadətnaməsində bu barədə qeyd olunubsa, həmin vətəndaşın atanın rəsmi nikahdan doğulan övladları ilə hüquqi cəhətdən heç bir fərqi yoxdur. O, vərəsədir və digər övladları kimi bərabər pay almalıdır. Əgər vəsiyyət varsa, məcburi pay almaq hüququ var, vəsiyyət yoxdursa, qanun üzrə neçə övlad varsa, atanın mirası onlar arasında bərabər bölünməlidir”.
Qeyd edək ki, “Kobra" ləqəbi ilə tanınan şəhid polkovnik-leytenant Xeyrulla İbrahimov həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Ehtiyatda olsa da, Vətən müharibəsi başlananda Müdafiə Nazirliyinə müraciət edərək könüllü ön cəbhəyə yollanıb, 4-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsini icra edib. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib.
O, oktyabrın 26-da 49 yaşında Xocavənd döyüşləri zamanı şəhid olub və II Şəhidlər xiyabanında dəfn olunub. "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-10-2022, 16:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər