“Vasmoy” bazarında nöqsanlar aşkarlandı - Video
14 oktyabr 2022-ci ildə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yüksək risk qrupuna aid olan Nizami rayonu, C.Naxcıvanski küçəsi, 38 ünvanında yerləşən “8-ci km Ticarət Mərkəzi”ndə keçirilmiş yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində əvvəl müəyyən edilmiş çoxsaylı nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib:
- ticarət mərkəzinin ərazisindəki mövcud yanğın su hovuzuna yanğın avtomobilinin yan alması üçün şərait yaradılmayıb, su hovuzunun üzəri və ətrafında satış məqsədilə piştaxtalar quraşdırılaraq keçid bağlanılıb;
- daxili yanğın su kranları işlək vəziyyətdə deyil, qarşısı müxtəlif mal və materiallarla bağlanılıb, yanğın hidrant qurğuları isə quraşdırılmayıb;
- obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, habelə ümumi elektrik təsərrüfatına və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;
- bazarın bəzi satış sahələrində işıqlandırıcı elektrik lampaları mühafizə örtüklü qapaqlarla təmin olunmayıb;
- bəzi sahələrdə yanar konstruksiyaların üzəri ilə elektrik xətləri çəkilib;
- yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq edilmə yolu ilə bərkidilməyib;
- ticarət sıralarında və zirzəmi sahəsində taxta, lambir və tezalışan çadır tipli materiallardan istifadə edilməklə arakəsmələr quraşdırılıb;
- ticarət sıralarında piştaxtalar olan cərgələrdə ara məsafələr gözlənilməyib;
- ticarət mərkəzinin zirzəmisində avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu tam sahəyə quraşdırılmayıb və işlək vəziyyətdə olması barədə müvafiq sənədlər mövcud deyil;
- təxliyə yollarında müxtəlif ölçüdə çoxsaylı tezalışan materiallardan müvəqqəti satış köşkləri və piştaxtalar quraşdırılaraq sərbəst hərəkət məhdudlaşdırılıb;
- ticarət mərkəzinin çardağında istifadə olunmuş taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
- təxliyə, çıxış və köçürülmə yolları qəza-işıqlandırma sistemləri ilə təmin olunmayıb;
- ticarət mərkəzinin perimetri boyunca vətəndaşların küçə ticarəti ilə məşğul olması səbəbindən yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.
Qeyd olunanları nəzərə alaraq, verilmiş tələbnamənin yerinə yetirilməməsinə görə ticarət mərkəzinin sədri Məmmədov Rüfət Qubad oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsinə əsasən inzibati xəta haqqında növbəti protokol tərtib edilib, inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında sahibkara təqdimat ünvanlanıb və sənəd ticarət mərkəzinin nümayəndəsinə təqdim olunub. Yanğına qarşı aşkar edilmiş qayda pozuntuları aradan qaldırılmadığı təqdirdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müvafiq tədbirlərin tətbiq ediləcəyi sahibkarın nəzərinə çatdırılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-10-2022, 15:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər