“Nənəm yaşında bir arvadla adımın çəkilməsini istəmirəm” - Afət Fərmanqızı
Artıq bir müddətdir ki, müğənni Afət Fərmanqızı ilə xalq artisti Flora Kərimova arasında qalmaqal davam edir. Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandılıb və onun barəsində həbssiz axtarış elan olunub.
Mövzu ilə bağlı Afət Fərmanqızı ilə əlaqə saxladıq. O,artıq Azərbaycandan köçərək Rusiya vətəndaşı olduğunu bildirib:
“Mən Azərbaycanda yaşamıram. Artıq köçmüşəm, Rusiyanın vətəndaşıyam, orda yaşayıram. Ordakı işlərimlə vəkilim məşğuldur. Mən də sizin kimi mətbuatdan öyrənəcəm. Bu mövzu ilə bağlı sualları cavablandırmıram. Bu çox maraqsız və mənasız mövzudur. Kifayət qədər də danışılıb. Hər dəfə də nənəm yaşında bir arvadla adımın çəkilməsini istəmirəm”.
Xatırladaq ki, Xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. A.Fərmanqızı məhkəmələrə dəfələrlə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.
Qeyd edək ki, xüsusi ittihamçı Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir./7times.az
Paylaş:
Müəllif : Fuad
Tarix:23-10-2022, 11:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər