reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirilib - Yenilənib

reklam

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirilib - Yenilənib

















Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında keçirdiyi aksiya başa çatıb.

Aksiyanın bəzi iştirakçıları polis əməkdaşları tərəfindən saxlanılaraq xidməti avtomobillərə aparılıb.

***15:49

Azərbaycan Xalq Cəbhəsi Partiyası Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirir.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Xatırladaq ki, AXCP sədri Əli Kərimli oktyabrın 24-də saat 16:00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında növbəti aksiyanın keçiriləcəyi barədə məlumat verib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti də aksiya barədə məlumat yayıb. Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, piket üçün nəzərdə tutulan yer təhsil müəssisələrinin yerləşdiyi, nəqliyyatın intensiv hərəkət etdiyi və insan sıxlığının yüksək olduğu ərazi olduğundan orada aksiya keçirilə bilməz. Ona görə də cəhd ediləcəyi təqdirdə aksiyanın qarşısı alınacaq.




Paylaş:


Müəllif : Tarix:
24-10-2022, 18:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər