reklam
Regionxeberlericom.az » Cəmiyyət » Anar Əsədli dələduzluğa görə “Bandotdel”ə çağırılıb?

reklam

Anar Əsədli dələduzluğa görə “Bandotdel”ə çağırılıb?
















Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

Partiyanın mətbuat xidməti onun BMCMİ-ə çağırılmasını təsdiqləsə də, onun hansı səbəbdən idarəyə dəvət olunduğu açıqlanmamışdı.

Sosial şəbəkələrdə Anar Əsədlinin dələduzluq əməlləri ilə bağlı DİN-ə çağırıldığı iddia olunub. Bildirilir ki, o, Əbülfəz Elçibəyin köməkçisi Oktay Qasımova külli miqdarda dələduzluq edib. Onun O.Qasımovdan iş qurmaq adı ilə 150 min manat aldığı bildirilib.

Məsələ ilə bağlı Oktay Qasımovla əlaqə saxlasaq da, hazırda danışmaq istəmədiyini bildirib. O, Anar Əsədli tərəfindən dələduzluğa qalması ilə bağlı iddiaları təsdiq və ya təkzib etməkdən imtina edib.

Qeyd edək ki, Ay Partiya sədrinin Zəngilanın sabiq icra başçısı İlham Hüseynov və bir sıra digər şəxslərə qarşı dələduzluq etdiyi, hazırda şikayətlərlə bağlı BMCMİ-də araşdırmaların davam etdiyi bildirilir.




Paylaş:


Müəllif : Tarix:
25-10-2022, 10:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər