Vətəndaş prokurorluqdan şikayətçidir: "Bilmirik nə istəyirlər, elə bil terroristik" - Video
Oktyabrın 24-ü Baş Prokurorluğun inzibati binası önündə etiraz aksiyası keçirilib.
RegionXəbərləricom.az Toplum TV-yə istinadla xəbər verir ki, aksiya iştirakçısı Qəhrəman Şahmuradovun sözlərinə görə, oğlu bir dəfə Qusar rayon məhkəməsinin qərarilə prokurorluq tərəfindən həbs olunub.
O, oğlu Ayvənin sahibkarlıq fəaliyyətində iş ortağı ilə arasında yaranan borc məsələsinə görə həbs edildiyini deyir. Lakin Ayvənin ortağı da ondan şikayətçi deyil.
Ancaq Apellyasiya məhkəməsi bu qərarı ləğv etdirərək onun sərbəst buraxılmasını təmin edib.
Lakin 8 aydan sonra yerli prokurorluq orqanı cinayət işini yenidən açaraq təqsirləndirilən şəxsi təkrar həbs edib.
Qəhrəman Şahmuradov isə Quba rayon Prokurorluğunun onlara qarşı qərəzli olduğunu düşünür və məsələ ilə Baş Prokurorluğun məşğul olmasını tələb edir:
"Bilmirik nə istəyirlər, elə bil terroristik, nəyik?!"
Məsələyə rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-10-2022, 11:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər