Yeni baş nazir həm də Britaniyanın ən varlılarındandır... - Maraqlı faktlar
Xəbər verdiyimiz kimi Rişi Sunak Britaniyanın yeni Baş naziri seçilib.
Britaniyanın yeni baş naziri olan hind əsilli Rişi Sunak ölkənin ən zəngin insanlarından biridir. Baş nazir postuna seçilməsindən sonra Rişi Sunakın sərvəti yenidən diqqət mərkəzinə düşüb.
Bu ilin əvvəlində "Sunday Times"ın hazırladığı Böyük Britaniyanın ən varlı insanlarının siyahısında yeni baş nazir və xanımının da adı var. Onlar 730 milyon funt sterlinq (910,38 milyon dollar) dəyərindəki sərvətlə 222-ci yerdə qərarlaşıblar.
Rişi Sunakın keçmiş bankir karyerası və Akşata Murti ilə evliliyi sayəsində Böyük Britaniya İcmalar Palatasının ən varlı adamı olduğuna inanılır. Rişi Sunakın ailə sərvətinin böyük əksəriyyəti 2009-cu ildə evləndiyi həyat yoldaşının payına düşür. Onun sərvətinin 690 milyon funt sterlinq dəyərində 0,93% paya sahib böyük hissəsi Akşata Murti ilə evliliyindəndir.
Qeyd edək ki, Rişi Sunak siyasətə daxil olmadan əvvəl ABŞ-ın "Goldman Sachs" bankında işləyib.
Rişi Sunak və həyat yoldaşının maliyyə vəziyyəti son aylarda ciddi şəkildə araşdırılıb.
Keçən ay məlum olub ki, xanım Murti xaricdə (Hindistanda) doğulmuş və vaxtının çox hissəsini Böyük Britaniyada keçirənlərə verilən statusa sahibdir. Xanım Murtinin daimi yaşayış yeri Böyük Britaniya deyil, başqaq ölkə göstərilib. Ancaq yeni baş nazirin xanımı, dünya miqyasında əldə etdiyi gəlirdən İngiltərədə vergi ödəməyə razılıq verib.
O, həyat yoldaşı ilə birlikdə İngiltərənin ən bahalı özəl məktəblərindən biri olan Vinçester Kollecinə 100.000 funt sterlinqdən çox pul bağışlayıblar.
Qeyd edək ki, Rişi Sunakın həyat yoldaşı Akşata Murti Hindistanlı milyarder, Hindistanın Bill Qeyts ləqəbi ilə tanınan ölkənin ən tanınmış iş adamlarından biri Narayana Murtinin qızıdır.
Cütlük 2009-cu ildə ailə həyatı qurub, Krişna və Anuşka adlı iki qızları var.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-10-2022, 12:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər