Kürdəmirin onlarla kəndinin nəqliyyat problemi: - minlərlə sakin marşrut avtobusu gözləyir
İctimai nəqliyyat insanların gündəlik həyatının bir hissəsini təşkil edir. İnsanlar hər gün bu nəqliyyat vasitələrindən istifadə etməklə mənzil başına çatmağa çalışırlar. Bu vəziyyət şəhər yerlərində normal qaydada təşkil olunsa da, bölgələrdə ictimai nəqliyyatın fəaliyyətinin zəif olması rayon camaatı üçün bir sıra problemlər yaradır. Bu cür problemlərlə üzləşənlərdən biri də Kürdəmir rayon sakinləridir. Belə ki, rayonun bir neçə ucqar kəndinin sakinləri illərdir ictimai nəqliyyatın olmamasından əziyyət çəkirlər. Bu da kiçiktutumlu avtomobillərdən istifadə etməyə məcbur olduqlarından onlar üçün xeyli əlavə məsrəf yaradır.
Bununla bağlı müraciət edən sakinlər ictimai nəqliyyatın işləməməsiin rayonun onlarla kəndində yaşayanların gediş-gəlişini əsl problemə çevirdiyini bildiriblər.
Qeyd olunub ki, Carlı, Xəlsə, Beyi, Qocalı, Pirəköcə, Quşlar, Axtaçı, Dayıkazımlı, Mehdili, Qoçulu, Öyləqulu və Qarabucaq kimi ucqar kəndlərə 30 ildən artıqdır ictimai nəqliyyatın işləməməsi bu yaşayış məntəqələrinin sakinləri üçün həm maddi, həm də mənəvi problemlər yaradıb. Çünki onlar bu kəndlərdən hər gün rayon mərkəzinə getmək üçün taksi xidmətindən istifadə etməyə məcbur olurlar və bu da bir nəfər üçün 6-7 manata başa gəlir.
Kənd sakinləri deyiblər ki, ay ərzində bir neçə dəfə ailə üzvləri ilə birlikdə rayon mərkəzinə gedib-qayıtmalı olduqları təqdirdə bu zaman onların aylıq gediş haqları 70-100 manat civarında dəyişir. Halbuki adıçəkilən kəndlərə müntəzəm daşımaların həyata keçirilməsi üçün ictimai nəqliyyat fəaliyyətə başlasa, bu xərc xeyli aşağı düşə və sakinlər də istədikləri zaman 2-3 manat ödəməklə rayon mərkəzinə gedib gələ bilərlər.
Bundan əlavə, ictimai nəqliyyat problemi ilə rayonun həmçinin Muradxan, Çərtəyəz, Şilyan, Qarabucaq, Şahbəyli və İsmayıllı kəndlərinin sakinləri də üzləşib. Onlar da rayon mərkəzinə gəlib-getməkdə çətinlik çəkirlər. Hazırda bu kəndlərin sakinləri də yaşadıqları yerlərə marşrut xətlərinin açılacağı günü səbirsizliklə gözləyirlər.
Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, qeyd olunan kəndlərdə yaşanan ictimai nəqliyyat problemindən xəbərdardırlar. Vurğulanıb ki, rayonda ictimai nəqliyyat probleminin həll olunması rayon icra hakimiyyətinin səlahiyyəti çərçivəsində deyil: "Buna baxmayaraq, sakinlərin müraciəti əsasında həmin məsələ nəzarətə götürülüb və baxılması üçün aidiyyəti üzrə göndərilib".
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Tural Orucov isə "Report"un yerli bürosuna deyib ki, qeyd olunan kəndlərdə sərnişin sıxlığı azdır. Bu səbəbdən də sözügedən istiqamətlərdə hazırda iki daşıyıcı xidmət fəaliyyət göstərir: "Yeni marşrut xətlərinin açılması sərnişin axınının intensivliyi və marşrut şəbəkələrinin optimallaşdırılması nəzərə alınmaqla “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur".
Qeyd edək ki, Carlı, Xəlsə, Beyi, Qocalı, Pirəköcə, Quşlar, Axtaçı, Dayıkazımlı, Mehdili, Qoçulu, Öyləqulu, Qarabucaq, Muradxan, Çərtəyəz, Şilyan, Qarabucaq, Şahbəyli və İsmayıllı kəndlərinin rayonla məsafəsi təxminən 35-55 km aralığındadır. Keçmiş sovetlər dönəmində bu kəndlərin hər birinə müntəzəm olaraq ictimai nəqliyyat vasitəsi işləyib. //report//
Paylaş:
Müəllif : Yazar
Tarix:25-10-2022, 12:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər