“Bir aydan çoxdur dərs başlayıb, hələ də kitablar paylanmayıb” - ETİRAZ
Orta məktəblərin rus bölmələrində 7-ci siniflərə hələ də dərsliklər paylanmayıb.
Regionxeberlericom.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə valideynlər məlumat yayıblar.
Onlar şikayətlənirlər ki, tədris ilinin başlamasından bir aydan çox vaxt keçsə də, əsas fənlərdən, o cümlədən, riyaziyyat, Azərbaycan dili, ingilis dili, ümumi tarix, coğrafiya kitabları uşaqlara paylanmayıb. Şikayətçilər bildirirlər ki, şagirdlərə hətta köhnə - ötənilki dərsliklər belə paylanmır ki, istifadə etsinlər. Əvəzində məktəblilər telefon vasitəsilə kitabların PDF variantından istifadə etmək məcburiyyətində qalırlar.
Oxşar problem Azərbaycan bölməsinin bəzi siniflərində də yaşanır. Məsələn, bu bölmədə elə məktəblər var ki, 5-ci siniflərə yeni dərsliklər ötən həftə paylanıb. Artıq bir neçə ildir ki, şagirdlər ildə iki dəfə - hər yarımilin əvvəlində bu problemi yaşayırlar.
Bəs problem nədən qaynaqlanır? Kitabları vaxtında çap etmək mümkün deyilmi?
Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, dərsliklərin çatışmazlığı halları mütəmadi olaraq araşdırılır və aradan qaldırılır: “Bildiyiniz kimi, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri Elm və Təhsil Nazirliyi tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-10-2022, 17:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər