reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tarif Şurasından qiymət artımı ilə bağlı qərar

reklam

Tarif Şurasından qiymət artımı ilə bağlı qərar

















Tarif (qiymət) Şurasının 26 oktyabr 2022-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.

Qurumun yaydığı məlumatda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının və şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi ilə bağlı Şuraya müraciət etdiyi bildirilir.

“Müraciətdə qeyd edilir ki, dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə azalır. Xidmətlərlə bağlı 02.12.2013-cü il tarixində həyata keçirilmiş son tarif tənzimlənməsindən sonra trafik daha da azalıb ki, bu da müəssisələrin maliyyə fəaliyyətinə təsir edib. Bu baxımdan, keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, əməkhaqlarının artırılması və xərclərin qarşılanması məqsədilə tariflərə yenidən baxılmasına zərurət yaranıb.

Müzakirələrdən sonra sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifinin qəbul edilməsi qərara alınıb.

Qeyd olunan hər iki Qərar 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minir”, - məlumatda bildirilir.




Paylaş:


Müəllif : Tarix:
26-10-2022, 17:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər