Şagird və valideynlərin "imtahan savaşı": - "Heç nazirliyin xəbəri yoxdur ki..."
Buraxılış imtahanlarının test tapşırıqlarında dəyişikliklər olacaq.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 2023-cü ildə ümumi (9 illik) orta təhsil səviyyəsində xarici dillər üzrə şagirdlərin “Yazı” məzmun xətti üzrə bilik və bacarığı cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək.
Bu hissədə şagirdlərə üç şəkil təqdim olunur və şəkil əsasında minimum 5 cümlədən ibarət hekayə qurmaq tələb olunur. Yeni modelə əsasən dinləyib-anlama bloku üzrə 4 qapalı, oxuyub-anlama bloku üzrə 7 qapalı, 1 açıq tipli (seçim), ümumi dil biliyini yoxlayan blok üzrə 11 qapalı, 1 açıq tipli (seçim) test tapşırığı, yazı bloku üzrə isə 1 tapşırıq təqdim olunur.
Oxuyub-anlama bloku üzrə bilik və bacarıqların yoxlanılması 2 hissədən ibarətdir. Birinci hissə 3 kiçik həcmli mətn və hər birinə aid bir sual, ikinci hissə isə əvvəlki illərdə olduğu kimi, bir mətn və 5 sualdan ibarətdir.
Qeyd edək ki, son illər 9-cu sinifin buraxılış imtahanında dəyişiklik adi hal alıb. Nəzərə alsaq ki, buraxılış itahanın keçrilməsinə cəmi bir neçə ay qalıb, şagirdlərin yeni qaydada imtahan verəcəyi də maraq doğurur.
Bu gün heç də məktəblərin hamısında xarici dil fənnindən dərslər yüksək səviyyədə tədris olunmur. Yalnız repetitorlardan faydalanan şagirdlərdən yüksək nəticə gözləmək olar.
İmtahanları bir daha mürəkkəbləşdirməklə, bu, 9-cu sinif attestatı əldə edə bilməyən şagird sayının artması deyilmi? DİA.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar 2008-ci ildən ölkədə tətbiq edilən kuriklum, yəni məzmun standartlarının yoxlanılmasını həyata keçirir:
“Hətta bu dəyişikliyi elan etmədən də DİM birbaşa imtahanları təşkil edə bilər. Çünki DİM keçirdiyi imtahanlarda hər hansı bir fərqli bacarıqları və yaxud tədris olunmayan biliyi yoxlamır.
Ancaq məsələ ondan ibarətdir ki, tətbiq edilən dəyişiklik 9-cu sinif xarici dil fənnindən yazı bacarıqlarının yoxlanması üçün istifadə olunan suala 3 şəkil qoyacaqlar. İmtahanda iştirak edən şagird həmin şəkillər haqqında minimum 5 cümlə yazmalıdır. Bu dəyişiklik kuriklum standartlarının yoxlanılmasını özündə əks etdirə bilər. Ancaq imtahanı təşkil edənlər başa düşməlidirlər ki, imtahan verən 9-cu sinif şagirdi yalnız bir fəndən imtahan vermir. O müəyyən olunmuş vaxt, maksimum 1 saat ərzində Ana dili, riyaziyyat və xarici dildən 85 suala cavab verəcək. Bu sualların hər biri fərqli bacarıqları və bilikləri yoxlayır. Riyaziyyatdan ən azı 4, Azərbaycan dili 4, xarici dildən 4 standartdır. Şagird 3 saat ərzində fərqli 12 əsas, bəlkə də yüzlərlə altstandartı reallaşdırmalıdır.
9-cu sinifdən imtahan verib ən azı 50 bal toplayan şagirdə biz 9-cu sinifi bitirmək haqqında attestat verməməliyik, biz ona birbaşa elmi dərəcə verməliyik. Mövcud qanunvericiliyin tələbinə görə, buraxılış imtahanında minimum bacarıq və biliklər yoxlanılır. Ancaq bizim suallarımız minimum yox, maksimum bilikləri yoxlayır. Son 5 ilin buraxılış imtahanlarının nəticələrini təhlil etsək görərik ki, şagirdlər ingilis dilindən 25-30 faiz doğru cavab verə bilirlər. Ümumiyyətlə, DİM 9-cu siniflər üçün buraxılış imtahanında son 3 il ərazində 4 dəfə məzmunda dəyişiklik edib. ETN soruşulsa ki, 9-cu sinif buraxılış imtahanları necə keçirilir? Deyəcəklər ki, bizim xəbərimiz yoxdur. Ölkənin elm və təhsilinin icraçı orqanının xəbəri yoxdur. Deyirlər ki, guya DİM bu imtahanları ETN ilə razılaşdırır. Əslində razılaşdırılmır, sadəcə göndərirlər və onlar da qol çəkib göndərirlər. Bu qədər 9-cu sinifin imtahanları çətinləşdirilməməlidir”.
Ekspertin sözlərinə görə, bu uşaqlarda psixoloji gərginlik yaradır:
“Son illər 9-cu sinifin nəticələrindən sonra intihar edən şagirdlərin sayında artım var. Çünki onlara valideynlər təzyiq göstərir. Uşaqların 9-cu sinif suallarına zəif cavab verməsi onların hazırlıqsız olması demək deyil, sadəcə müəyyən edilmiş vaxt ərzində bu qədər standartı reallaşdırmaq, fərqli suala cavab vermək mümkün deyil.
Bundan başqa sualların modellərinə baxsaq açıq tipli, qapalı tipli, yazı tələb edən sullar var və uşaq bilmir neynəsin. Xarici dildə listinq, raytinq, spikinq, hər bir şey var və bunları Kembric, Oksford, Harvarda qəbul olamq üçün edirlər.
Biz 9-cu sinifdən 10-cu sinifə keçəndə buna şəhadətnamə verəcəyik deyə akademik səviyyədə imtahan etmək nə dərəcədə doğrudur? Mən dəfələrlə təklif etmişəm ki, 9-cu sinif imtahanını necə fərqli etməliyik. Məsələn, fevral ayında Azərbaycan dili, mart ayında riyaziyyat, aprel ayında xarici dildən imtahan edək.
Üç fənni bir günə salıb yoxlamaq doğru deyil. O zaman uşalqardan nəticə görə bilərik. Ali təhsilli adamlara o sualları versən cavab verə bilməz. Yaxud 3 fərqli fəndən müəyyən olunmuş vaxt ərzində cavab vermək çətindir. Ona görə də məzmunda dəyişiklik etmək lazımdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-10-2022, 15:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər