Yod yenə niyə qəhətə ÇIXDI? - 100 qramlıq flakon 7 manata SATILIR
Apteklərdə yod məhlulunun tapılmadığı və ya sayının az olduğu iddia olunur. Sosial şəbəkələrdə yayılan məlumata görə apteklərin çoxunda yod tapılmır. Əksəriyyətində isə yodun 100 qramı 7 manata təklif olunur.
Bəzi aptek işçilərinin sözlərinə görə yod məhlulu ölkəyə az sayda gətirilir.
Doğurdanmı, ölkəyə yod idxalında problem var?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Analitik Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətin Məcidli bildirib ki, yodun idxalında hər hansı problem yoxdur:
“Analitik Ekspertiza Mərkəzinin İdxal, İxrac Şöbəsinin verdiyi məlumata görə yodun idxalına son müraciət bu ilin 21 oktyabrında edilib. Müraciətə əsasən 282 min 140 flakon yodun idxalına icazə verilib. 21 oktyabrdan əvvəlki müraciət isə avqustun 30-da olub. Həmin tarixdə ölkəyə 100 min flakon yod gətirilib. İdxalda hər hansı problem yoxdur. Qiymət siyasəti və yodun aptekdə tapılmaması ilə bağlı məsələlər isə səlahiyyətlərimiz çərçivəsində deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-10-2022, 15:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər