Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı günü” keçirildi - Foto
Baş Prokurorluq tərəfindən növbəti “Açıq qapı günü” təşkil edilib.
Oktyabrın 28-də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə gənc hüquqşünasları tanış etmək olub. Tədbirdə Bakı Dövlət və “ADA” universitetlərinin, Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Komitəsi akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələri iştirak edib.
Tədbir zamanı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müvafiq idarələrin fəaliyyəti barədə dinləyicilərə ətraflı danışılıb. İştirakçılara xarici təhsil müəssisələrində biliklərə yiyələnməklə hazırda prokurorluq orqanlarında xidmət keçən əməkdaşlar barədə məlumat verilib, son dövrlərdə xaricdə ali hüquqi təhsil almış gənc hüquqşünaslar tərəfindən prokurorluq orqanlarına xidmətə qəbul olunmaq üçün maraq göstərildiyi vurğulanıb.
Gənc hüquqşünaslar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani olaraq tanış olub, onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat verilib, onlarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-10-2022, 15:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər