reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Nar” Qlobal Saziş çərçivəsində BMT ilə əməkdaşlığa davam edir

reklam

“Nar” Qlobal Saziş çərçivəsində BMT ilə əməkdaşlığa davam edir


















Mobil operator “Nar” 27 sentyabr tarixində BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr

olunmuş BMT Günü tədbirində iştirak edib.

Açılış nitqi ilə çıxış edən BMT-nin rezident əlaqələndiricisi

Vladanka Andreeva və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov dayanıqlı inkişaf

məqsədlərinə nail olmaq istiqamətində BMT-Azərbaycan tərəfdaşlığının əhəmiyyətini qeyd ediblər.

200-dən çox dövlət rəsmisi, parlament üzvü, diplomatik korpus təmsilçisi, eləcə də vətəndaş cəmiyyəti və

media nümayəndəsinin qatıldığı tədbirin dəvətliləri sırasında mobil operator “Nar”ın Baş icraçı direktoru

Qunnar Panke də yer alıb. Xatırladaq ki, “Nar” 2022-ci ilin may ayından etibarən dünyanın sosial

məsuliyyətli bizneslərini bir araya toplayan BMT Qlobal Sazişinin bir parçasıdır. Bu saziş şirkətlərə

qlobal davamlılıq təşəbbüslərini daha sistemli şəkildə həyata keçirməyə və davamlı hesabatlarla şəffaflığa

nail olmağa imkan verir. “Nar” ölkə üçün mühüm sosial əhəmiyyətə malik layihələri ilə hər zaman

cəmiyyət qarşısında öhdəliyini sadiqliyini ifadə edir.

“Nar”ın sosial layihələri ilə bağlı daha ətraflı məlumatı buradan ala bilərsiniz: 

https://www.nar.az/projects/





Paylaş:


Müəllif : Tarix:
28-10-2022, 23:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər