Rusiyalı deputat azyaşlını maşınla vurub qaçdı - Video
Rusiyanın Novosibirsk vilayətində sürücü azyaşlı uşağı vuraraq hadisə yerindən uzaqlaşıb.
Hadisənin görüntüləri sosial mediada paylaşılıb.
Görüntülərdən sürücünün azyaşlını avtomobillə vuraraq üzərindən keçdiyini görmək mümkündür. Sürücü bunun ardınca avtomobildən düşərək uşağın yanına getsə də, onu köməksiz qoyaraq hadisə yerini tərk edib.
Daha sonradan azyaşlı uşağı vuran şəxsin 67 yaşlı rusiyalı deputat Sergey Mamontov olduğu məlum olub. Hadisədən bir müddət sonra deputat polis bölməsinə gedərək məsələ barədə məlumat verib.
Boqdan adlı 6 yaşlı uşağın isə hazırda ağır vəziyyətdə xəstəxanada olduğu bildirilir.
Uşağın anası xəstəxanadan qayıdandan sonra evdə quraşdırılmış müşahidə kameralarından videoya baxıb. Görüntülərdə maşının həyətə daxil olarkən uşağı əzərək üzərindən keçdiyini görüb.
Aparılan ekspertiza müəyyən edib ki, qəza zamanı sürücü ayıq olub. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 125-ci maddəsi (təhlükədə buraxmaq) ilə deputatı bir il həbs cəzası gözləyir.
Diqqət: Bu videoda narahatedici görüntülər ola bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-10-2022, 12:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər