Azyaşlı qızın ərə verildiyi kəndin rəsmisi: - "Ata-anası dedi ki, camaat 15-16 yaşında ərə gedir..."
Sabirabad rayonunda erkən nikah faktı aşkarlanıb.
Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı M. A Zal Qarağac kənd sakini Cavadov Allahverdi Əvəzağa oğluna ərə verilib.
Toy şənliyi oktyabrın 22-də Şirvan şəhərindəki şadlıq sarayında baş tutub. Bundan əlavə, 5 oktyabr tarixində də Qarağac kəndində toy olub. 2006-cı il təvəllüdlü O. G-ə Şirvan şəhərindəki şadlıq saraylarından birində toy mərasimi keçirildiyi bildirilir.
Onun Şirvan sakini, 1996-cı il Cəfərov Təbriz Abuzər oğlu ilə toyunun keçirildiyi iddia olunsa da, yeniyetmənin atası qızına nişan mərasiminin keçirildiyini bildirib.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 16 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Cebhe.info-ya açıqlamasında sözügedən kəndin də daxil olduğu Minbaşı kənd ərazi üzrə nümayəndəsi Zaur Dəmirov toyu olan qızın 19 yaşına keçdiyini, toyundan bir həftə öncə polislə birlikdə toyu olacaq qızın ailəsinə xəbərdarlıq etdiyini deyib: "Qız 2005-ci il təvəllüdlüdür. Bizə sənədlərini gətirdilər, hətta ailəsi bizə dedi ki, qızın doğum haqqında şəhadətnaməsini bir il gec yazıblar. Bizə deyildi ki, hələlik qız toyu ediblər, oğlan toyu etməyəcəklər, gözləyəcəklər".
Beləliklə, qızın ailəsinin onları aldatdığını deyən kənd nümayəndəsi oğlan başqa kənddə yaşadığı üçün baş tutan toya müdaxilə edə bilmədiyini bildirib:
"Oğlan toyu Zal Qarağacda olub deyə biz nəsə edə bilmədik, yoxsa buna icazə verməzdik. Qızın ana-atası dedi ki, camaat 15- 16 yaşında ərə gedir. Bizim qız 18 yaşına keçib də, burada nə problem var?!"
Kənd nümayəndəsi Zaur Dəmirov digər təsdiqini tapmış toy xəbərini isə təkzib edib, nişan mərasimi olduğunu deməklə, toy məsələlərinə bu cür yekun vurub: "Onu da səhv yazmışdılar. Həmin qızın o vaxtı nişan mərasimi olmuşdu".
Paylaş:
Müəllif : Yazar
Tarix:31-10-2022, 16:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər