Uşağı tələf olan aktrisa Afaq Bəşirqızına MÜRACİƏT ETDİ
İrəvan Dövlət Azərbaycan Dram Teatrından işdən çıxarılan aktrisası Şəbnəm Cəbrayılova, Xalq artisti Afaq Bəşirqızına müraciət edib.
"Ölkə.Az"-a göndərilən müraciətdən aktrisa uşağının tələf olmasının əsas səbəbkarı hesab etdiyi direktor İftixar Piriyevlə bağlı bunları qeyd edib:
"3 iyul tarixində Gəncə şəhərinə qastrol səfərinə yola düşdük. “Qazel” markalı çox narahat avtobusu aktyor yoldaşımız çox naşı idarə edirdi. Bunun nəticəsi olaraq, tamaşa öncəsi özümü narahat hiss etdim. Ağrılara dözüb, tamaşanı oynadım.Vəziyyətimin get-gedə ağırlaşdığını hiss edib, Bakıya qayıdanda həmin avtomobilə minməyib taksi ilə evə qayıtdım. İmkanım olmadığına görə lazım olan dərmanları ala bilmirdim. Çünki, axırıncı pullarımı Gəncə səfərinə gedəndə səhər saat 6-00 da teatrda olmağım üçün çağırdığım taksiyə və yolda lazım ola biləcək tibb ləvazimatlarına, qalanını isə Gəncədən qayıdan zaman mindiyim taksiyə xərcləmişdim. Soruşa bilərsiz ki, niyə teatra taksi ilə gəlməliydin? Çünki, rəhbərlik qabaqcadan bizə bildirmişdi ki, səhər saat altıda mütləq teatrda olmaq lazımdır. Metronun məhz bu vaxt açılacağını söyləyəndə mənə dedilər ki, bizə dəxli yoxdur. Hansı yolla olursa olsun uzağı 6-15 də teatrda olun.Bu sizing problemdir, özünüz həll edin".
Aktrisa qeyd edir ki, sağlamlığı barədə öncədən rəhbərliyə məlumat veribmiş:
"Bir qadın olduğu üçün sağlamlıq durumum haqqında truppa müdiri Müdvər Nemətovaya məlumat verdim. Xeyli keçəndən sonra mənə yazdı ki, vəziyyətin barədə direktora məlumat verdim. O isə dedi ki, narahat olmasın, sağlamlığını qorusun, o biri qastrollara dublyoru gedəcək. Məni qastrola gedəcək aktyorların siyahısından çıxardılar. Sevinib göstərdikləri “qayğıya” görə minnətdarlığımı bildirdim. Bu səs yazıları məndə var.
Vəziyyətim düzəlmirdi. Həkimə müraciət etdim. 20 iyul tarixində mənə teatr rəhbərliyinə təqdim etmək üçün arayış verdilər. Truppa müdiri ilə əlaqə saxlayıb, məni yüngül işə keçirilməyim haqqında həkim arayışımı direktorun təsdiq etməsi üçün teatra gəlməli olduğumu bildirdim və nə vaxt işdə olacağını soruşdum. Onu da qeyd edim ki, İrəvan teatrı əsaslı təmir olunur. 35 kvm sahəsi olan kirayələnmış qaraj tipli, şəraitsiz və bu istidə kondinsioneri olmayan bir otaqda məşqlər edirik. Mənə bildirdilər ki, heç bir həkim kağızı lazım deyil. Sən artıq direktorun əmri ilə əmək intizamını pozduğuna görə ayın 19 dan işdən azad olunmusan. İ.Piriyevin mənə göstərdiyi “atalıq qayğısının” səbəbini anladım. Mənə səhhətimi nəzərə alıb. şifahi olaraq icazə verib, məşqlərdən azad edib, arxada isə saxta sənədlər tərtib etməkdə mahir olan işçiləri ilə əmək intizamını pozmağım haqqında aktlar tərtib etdirib. Rəsmi olaraq hamilə olduğumu biləndən 5 gün sonra iyulun 25 də qərarla məni işdən azad etdi.
Dərin stress keçirdim. Təkcə ona görə yox ki, məni qərarla işdən çıxardılar. Həm də ona görə ki, 3 arvaddan 5 uşağı olan İftixar Pitiyev hamiləliyin ilkin dövrünün ana üçün nə qədər təhlükəli olduğunu bilməmiş deyil. Qəsdən məni bu vəziyyətə saldı. Uşağımı iyulun 27 də itirdim.
Bu barədə daha heç nə demək istəmirəm. Ancaq İ.Piriyevin nəzərinə bir məsələni çatdırmaq istəyirəm.Uşaq qatili erməni Zori Balayan Xocalıda əsir düşmüş azərbaycanlı uşağın dərisini kəsib onun 7 dəqiqəyə öldüyünü sübut etdiyinə görə fərəhlənirdi. Sən isə məni qanunsuz və insanlıqdan kənar əməllərlə aldadıb stress vəziyyətinə saldın. Əlinə həna qoya bilərsən. Böyük bir kəşf etdin. Kəşf etdin ki, ananı stress vəziyyətinə salmaqla onun bətnindəki uşağı 7 günə öldürmək mümkündür. Mən sənə heç nə demirəm, çünki Allah hər şeyi bilir. Səni heç Allaha da tapşırmıram. Çünki, balalarına yazığım gəlir. Amma Zori Balayan əqidəli bir adam olduğunu nəzərinə çatdırıram".
Gənc aktrisa mətbuat vasitəsiylə Xalq artisti Afaq Bəşirqızına müraciət edib:
"Afaq xanim! Mən körpəliyimdən ata-anadan yetim qalmışam. Uşaq vaxtlarından ehtiyac içində böyümüşəm. Bir il bundan qabaq ailə qurmaq qismətim oldu. Kirayədə yaşayıram. Çəkdiyim əziyyətlərin cavabı olaraq taleyim və Allahım məni mükafatlandırmışdı. İ.Piriyev o mükafatı əlimdən aldı. Yalvarıram, “Uşaq qatilinə” çevrilmiş, psixi durumları yerində olmayan İ.Piriyev kimi şəxslərin bəd əməllərinin qarşısın almaqda bizə kömək edin. Teatrda işləyən, gələcəkdə ana olacaq qızların mənim halıma salmasına ona bir daha imkan verməyin! Axı Siz də anasız! Məni bir övladınız kimi qəbul edib halıma yanın!
Bir neçə ay bundan qabaq Xocalı hadisəsindən bəhs edən “Ölüm həsrəti” tamaşasında uşağı öldürülmüş ana obrazı yaratmışdım. İndiki halımda dərk etdim ki, o ananın keçirdiyi istirabları tamaşaçıya çatdırmaq üçün daha nələri edə bilərdim. Həyat mənə dərs verdi".
Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş aktrisası Şəbnəm Cəbrayılova direktor İftixar Piriyevi məhkəməyə verir. O, bu barədə saytımıza açıqlamasında səbəb kimi uşağının tələf olunmasını göstərmişdi
Paylaş:
Müəllif : Redaktor
Tarix:29-07-2019, 12:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-07-2019, 12:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39