9 illik həbsdən sonra günahsız olduğu açıqlanan şəxs danışdı - Video
Ötən həftə Azərbaycanda, hətta dünya məhkəmə-hüquq sistemində nadir hallarda baş verən hadisələrdən biri qeydə alındı. Azərbaycanda ömürlük həbs cəzası almış məhkum 9 ildən sonra bəraət aldı. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıldı.
RegionXəbərləricom.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, 53 yaşında tutulan Aydın Qəhrəmanov 62 yaşında məhkəmə zalından azadlığa buraxıldı.
2013-cü ildə Bakıda Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın dərmandan zəhərlənərək ölmələri barəsində prokurorluğa məlumat daxil olub. Əvvəlcə, Cinayət Məcəlləsinin "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanıb. Aydın Qəhrəmanov təqsirləndirilən şəxs qismində tutulub. Daha sonra ona Cinayət Məcəlləsinin "tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə" və "iki və ya daha çox şəxsi öldürmə" maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Uzun çəkən məhkəmə və ekspertizalardan sonra ona bəraət verilib.
Aydın Qəhrəmanov deyir ki, əslində, həmin gecə 3 il birlikdə yaşadığı qadınla və onun qardaşı qızı ilə birlikdə zəhərlənib. Aydın Qəhrəmanovun vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Hətta Qəhrəmanov xəstəxanada olanda mərhum Aida Yəhyayeva onu ziyarət edib. Xəstəxanadan çıxdıqdan sonra isə mərhum Aydın Qəhrəmanova zəng edərək deyib ki, müalicə müddətində içdiyi dərmanlardan ona da gətirsin.
Bundan sonra isə Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın vəziyyəti pisləşib. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Bir neçə gündən sonra isə dünyalarını dəyişiblər.
Beləliklə, Aydın Qəhrəmanov həbs olunub. 9 il 6 ay dəmir barmaqlıqlar arxasında qalan məhkum azadlıq üçün hər gün mücadilə aparıb, günahsız olduğunu isbatlamaq məqsədi ilə müraciət etmədiyi ünvan qalmayıb.
Maraqlıdır ki, dünyada nadir yaşanan bu təcrübədə məhkumun həyatından "oğurlanmış" illərin qarşılığı nə olur və ya nə olmalıdır?
Bununla bağlı konkret qanunverici akt olmasa da, günahsız yerə həbsdə yatmış şəxsin bunun kompensasiyasını maddi formada almaq hüququ var. Aydın Qəhrəmanovun vəkili Tərlan Azayev deyir ki, müvəkkili ilə bağlı tezliklə kompensasiya üçün müraciət edəcəklər.
Hazırda Aydın Qəhrəmanovun səhhətində ciddi problemlər var. Bundan sonra o, yalnız sağlamlığına qovuşmaq üçün çalışacağını deyir. İnanır ki, əsl günahkar tapılacaq, dünyasını dəyişən yaxınlarının qanı yerdə qalmayacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:1-11-2022, 23:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər