“Əbdülqədir əl-Cəzairinin adı Bakıda əbədiləşdirilsin”
“Əlcəzair xalqının taleyi müəyyən mənada Qafqazın müsəlman xalqlarının taleyi ilə oxşardır. Belə ki, tarixin müxtəlif mərhələlərində deportasiyaya, işğala, misligörünməmiş zorakılığa və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq, Əlcəzair xalqı heç zaman müstəqillik əzmini itirməyib. Bu xalq 1830-1962 –ci illər ərzində 132 il(!) Fransa tərəfindən əsarətə məruz qalmış, insanlıq əleyhinə misli görünməmiş cinayətlərlə üzləşmişdir. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub. Nəhayət, 1954-cü ildə azadlıq mübarizəsinə qalxan xalq 1,5 milyondan artıq şəhid verərək bəşər tarixinə qəhrəmanlıq salnaməsi yazıb. Ona görə də Əlcəzairin "şəhidlər ölkəsi" adlandırılması heç də təsadüfi deyil”.
Bu fikirləri açıqlamasında Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.
Deputat bildirib ki, Milli Azadlıq Hərəkatı məhz 1 noyabrda başladığı üçün Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı da məhz Əlcəzairdə təşkil olunub və məhz bu əlamətdar günə təsadüf edib. Sammitdə Fəxri qonaq qismində iştirak edən Prezident İlham Əliyev öz çıxışında tarixi paralellərə diqqət yönəldərək Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri olduğunu və Azərbaycanın da Əlcəzair kimi on illərlə işğaldan əziyyət çəkdiyini iştirakçıların nəzərinə çatdırıb. Onun sözlərinə görə, Prezidentin çıxışının əsas tezislərindən biri də məhz bu tarixi proseslərə verilən siyasi qiymətin ifadəsidir. Ə. Hüseynlinin sözlərinə görə, İlham Əliyevin çıxışında “şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”, - deməsi bu dost-qardaş ölkənin tarixinə olan ehtiramdan xəbər verir.
Parlament sədrinin birinci müavini vurğulayıb ki, Fransa tarixən müstəmləkəçi dövlət olub: “Lakin onun Əlcəzairə münasibəti bir qədər fərqli idi. Belə ki, fransılar bu ölkəni öz ölkələrinin bir hissəsi kimi Fransanın dənizarxası ərazisi sayırdılar. Maraqlıdır ki, İkinci Dünya müharibəsində Əlcəzair dövlət müstəqilliyi vədi qarşılığında Fransaya mühüm dəstək verib. Lakin, təəssüf ki, bütün tarixi boyu olduğu kimi, fransızlar nəinki riyakarcasına sözlərini tutmamış, üstəlik əlcəzair xalqına qarşı genosid siyasətini daha geniş miqyasda davam etdirmişlər. Təsəvvür edin ki, indi Qarabağda yaşayan ermənilərə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın ən böyük ölkəsinin əhalisinə o zaman hətta muxtariyyət verməkdən imtina etmişdi. Demokratiya adı altında mürtəce mövqenin nümayişinə çevrilən bu ikili standartlar və riyakarlıq nümunələri Fransa tarixinin qaranlıq səhifələridir.
Əlcəzair Xalq Demokratik Respublikasının müstəqillik tarixindən məlumdur ki, 19-cu əsrdə Fransa müstəmləkəçiliyinə qarşı mübarizənin önündə Əlcəzairin Milli Qəhrəmanı Əmir Əbdülqədir əl-Cəzairi durmuşdu. O, uzun illər ölkəsinin müstəqilliyini qoruyan, sülhün simvoluna çevrilən, Şam xristianlarını soyqırımdan qoruyan əfsanəvi sərkərdə idi. 1838-ci ilə qədər, demək olar ki, bütün Əlcəzair onun nəzarəti altında idi”.
Ə. Hüseynli deyib ki, Əmir Əbdülqədir Qafqaz xalqlarının azadlığı uğrunda uzun illər çar Rusiyasına qarşı mücadılə aparan İmam Şeyx Şamilin müasiri olub. O dövrdə Şeyx Şamil Qafqazda nə qədər populyar idisə, Əbdülqadir də bir o qədər Aralıq dənizi hövzəsində məşhur idi. Bu baxımdan müasirlərinin onu “Əlcəzairin Şeyx Şamili” adlndırırması və İmam Şamilin onunla şəxsən görüşməsi heç də təsadüfi deyil:
“Ona görə də düşünürəm ki, Bakının küçələrindən birinin Şeyx Şamilin adını daşıdığı kimi, Azərbaycanda dost Əlcəzair xalqının azadlıq simvolu olan Əmir Əbdülqədir əl-Cəzairinın də xatirəsi paytaxtımızda əbədiləşdirilməsi məqsədəuyğun olardı. Bu, xalqlarımızın ortaq dəyərləri və ədalət uğrunda həyatlarını mübarizəyə həsr etmiş tarixi şəxsiyyətlərin ruhlarına ehtiramın təcəssümü ola bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairdə çox yüksək səviyyədə qarşılanması heç də təsadüfi deyil. Çünki o, ərazilərimizi işğaldan azad etmiş bir sərkərdə olaraq Qarabağ Zəfəri ilə tək azərbaycanlılar üçün yox, həm də bütün dünya müsəlmanları üçün qürur mənbəyi, qalibiyyət simvoludur”.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-11-2022, 14:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər