reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tokayev yanvar hadisələrinin 1500 iştirakçısını əfv etdi

reklam

Tokayev yanvar hadisələrinin 1500 iştirakçısını əfv etdi

















Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev “Amnistiya haqqında” Qazaxıstan Respublikasının Qanununu imzalayıb.

Dövlət başçısı Tokayev bu barədə deyib:

“Yanvar hadisəsinin iştirakçılarına birdəfəlik amnistiya elan etmək qərarına gəldim. Biz humanist olmaqla bu faciəli hadisədən müvafiq nəticələr çıxarırıq. Bu bir daha heç vaxt baş verməyəcək. Biz buna imkan verməyəcəyik”.

Qeyd edək ki, Qazaxıstan dövlət başçısı 1 sentyabr 2022-ci il tarixli müraciətində amnistiyadan danışıb. Tokayevin “Amnistiya haqqında” qanunu imzalaması ilə bu ilin yanvar hadisələrinin 1500 iştirakçısı azadlığa buraxılacaq.

Xatırladaq ki, bu il yanvarın əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib.

O vaxt Qazaxıstan Prezidenti dövlət çevrilişinə cəhdin olduğunu bəyan etmiş və kömək üçün KTMT-yə müraciət etmişdi. Yanvarın 7-də Qazaxıstanda vəziyyət sabitləşib, yanvarın 19-da isə bütün ölkədə fövqəladə vəziyyət ləğv edilib. Rəsmi məlumata əsasən, bu hadisələr nəticəsində 238 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.




Paylaş:


Müəllif : Tarix:
2-11-2022, 16:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər