reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıda 410 minə “Galendewagen” satan şəxs peşman oldu - TƏFƏRRÜAT

reklam

Bakıda 410 minə “Galendewagen” satan şəxs peşman oldu - TƏFƏRRÜAT

Bakıda lüks avtomobil satan şəxs dələduzluqla üzləşdiyini bildirib.

Regionxeberlericom.az yenicag.az-a istinadla xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakini, 1982-ci il təvəllüdlü M.Bayramov “Dubai Cars” avtomobil salonunda satışa qoyduğu “Mercedes Galendewagen” markalı avtomobilinin 410 min manata satıldığını, lakin pulun ona verilmədiyini deyib.

O bildirib ki, bir müddət əvvəl avtomobil salonunun adını xatırlamadığı satıcısı 90-MB-900 dövlət qeydiyyat nişanlı avtomobilini başqa şəxsə satıb və əldə etdiyi külli miqdarda vəsaiti mənimsəyib.

Baş Polis İdarəsinə daxil olan müraciət aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Araşdırmalar aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə 90-MB-900 dövlət qeydiyyat nişanının müxtəlif lüks avtomobillərə taxılmasını əks etdirən çoxsaylı görüntülər yayılıb.







Paylaş:


Müəllif : Tarix:
2-11-2022, 17:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər