reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ölkədə panik atak xəstəliyi fantastik səviyyədə artıb - AÇIQLAMA

reklam

Ölkədə panik atak xəstəliyi fantastik səviyyədə artıb - AÇIQLAMA


“Pandemiya dövründə panik atak ilə müraciət edənlərin sayı fantastik surətdə artıb”.

Bu sözləri psixoterapevt Elmir Əkbər AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

Onun sözlərinə görə, dünya ölkələrində, eləcə də bizdə koronavirusdan vəfat edən gənclərin əksəriyyəti panik atakdan, həyəcandan ölürdü:

“Çünki panik atak zamanı stres zənciri işə düşür, adrenalinin təsirindən təngnəfəslik yaranır. Oksigen səviyyəsi düşür. Bir tərəfdən də koronavirusdan irəli gələn tənəffüs problemi də insanları ölümə aparırdı. İnsanlar panik atakı, həyəcanı idarə edə bilsələr, ölüm halları azalacaq. Artıq insan virusun üçüncü dalğasından sonra vəziyyətə rasional yanaşır. Gigiyenik normalar o qədər faydalıdır ki, virus oldu-olmadı bu qaydalara ciddi riayət edilməlidir”.




Paylaş:


Müəllif : Tarix:
3-11-2022, 12:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər