reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Banklararası 2%-lik komissiya ləğv olunsun”

reklam

“Banklararası 2%-lik komissiya ləğv olunsun”
















“Azərbaycanda hazırda 26 bank var”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev bildirib. 

O, regionlarda bankların bankomatlarının sayının az olmasından şikayətlənib: “Rayonlarda, kəndlərdə insanlar öz pensiyalarını, təqaüdlərini almaq üçün bir kənddən başqa bir kəndə gedirlər. Banklar arasında olan 2%-lik komissiya ləğv olunsun. Bunlar hamısı Azərbaycan banklarıdır. Olmazmı ki, birmənalı olaraq nağdlaşdırmanı bütün banklar üçün 0,5% edək? İnsanlarımız da əziyyət çəkməsin”.

Deputat eyni zamanda banklar tərəfindən sahibkarlara 50 min manata qədər kreditlərin verilməsi şərtlərinin sadələşdirilməsini istəyib: “Kredit çox gec vaxta bilinir. Kreditin verilişi bəzən aylarla vaxt aparır. Təklif edirəm ki, insanlara bir-iki həftə ərzində bu növ kreditlər verilsin. Onlar da öz işlərini görsünlər”.




Paylaş:


Müəllif : Tarix:
3-11-2022, 15:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər