reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiya Britaniyanı donanmasına hücuma görə rəsmi şəkildə ittiham edib

reklam

Rusiya Britaniyanı donanmasına hücuma görə rəsmi şəkildə ittiham edib


















Noyabrın 3-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnerti çağırıb və Londonun Rusiyanın Qara dəniz donanmasının gəmilərinə hücumda əli olduğu iddiasına görə ona qəti etirazını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, etiraz britaniyalı hərbi mütəxəssislərin “dənizdə təxribat əməliyyatları keçirmək məqsədilə” Ukrayna qoşunlarının hazırlanmasında və təchizatında fəal iştirakı ilə bağlı ifadə edilib.

"Britaniyalıların bu cür qarşıdurma xarakterli hərəkətləri vəziyyətin gərginləşməsi təhlükəsini daşıyır, gözlənilməz və təhlükəli nəticələrə gətirib çıxara bilər", - məlumatda deyilir.

Rusiya XİN-in saytı Böyük Britaniyanı iki ölkə arasında gərginliyin artmasına görə məsuliyyətlə hədələyib.

Xatırladaq ki, oktyabrın 29-da səhər saatlarında işğal olunmuş Sevastopolda  partlayış səsləri eşidilib .

Sonradan məlum olub ki, Sevastopol körfəzində Rusiya Qara dəniz donanmasının ən azı üç gəmisi vurulub.

Noyabrın əvvəlində sosial şəbəkələrdə yayılan peyk şəkillərindən aydın olub ki, Rusiyanın "Admiral Qriqoroviç" sinifli freqatı "Admiral Makarov" vurulub.




Paylaş:


Müəllif : Tarix:
4-11-2022, 10:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər