reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Türkiyəyə keçmək istəyən ən az 75 manat verib 50 kq tərəvəz almalıdır" - Naxçıvan sakini

reklam

"Türkiyəyə keçmək istəyən ən az 75 manat verib 50 kq tərəvəz almalıdır" - Naxçıvan sakini



















Naxçıvandan Türkiyəyə getmək istəyənlərə Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsində yeni qayda tətbiq edildiyi iddia olunur. İddiaya görə, yeni qaydaya əsasən, qonşu ölkəyə getmək istəyən hər bir şəxs özü ilə ən az 50 kiloqram tərəvəz keçirməlidir.

Bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat veriblər. Onlar bildirir ki, bu şərti yerinə yetirməyənlər gömrükdən buraxılmır.

Şərur rayon sakini Dilqəm Quliyev deyir ki, bu qayda Naxçıvandakı tərəvəz monopoliyasına xidmət edir:

"Türkiyəyə getmək istəyənləri məcbur edirlər ki, 50 kilo tərəvəz alsınlar. Ən ucuz variant kələm və badımcandır. Kilosu 1 manat 50 qəpiyə. Bir nəfər gömrükdən keçmək üçün ən az 75 manat verib 50 kilo tərəvəz almalıdır. Həmin tərəvəzi isə Türkiyədə alan yoxdur. Çünki, orada tərəvəzin qiyməti bizdən 3 dəfə ucuzdur. Çoxları gömrüyü keçən kimi tərəvəzləri çaya atır ki, artıq yük olmasın. O qədər yükü boş yerə niyə daşısın ki? Maraqlı orasıdır ki, monopolistlər elə həmin tərəvəzi Türkiyədən alıb gətirib, bizə üç qat baha qiymətə satırlar. Biz də onu məcbur alıb, bir də Türkiyəyə aparmalıyıq. Çox gülməli duruma düşmüşük".

Şahbuz Rayon sakini Murad Hüseynov deyir ki, təyyarə ilə Türkiyəyə uçmaq çox baha olduğundan, məcbur qalıb, bu şərtlə razılaşırlar:

"Naxçıvan əhalisinin  yarıdan çoxu Türkiyədə işləyir və tez-tez Naxçıvana gəlib-gedirlər. Naxçıvandan Türkiyəyə təyyarə bileti 400-500 manatdır. Ona görə hər kəs hesablayır ki, sərfəlisi 70-80 manat tərəvəzə verib, quru yolla getməkdir. Pul qazanmaq üçün hər yola əl atırlar. Bu yaxınlarda mən də Naxçıvandan qayıdanda məcbur olub, 75 manat verib, 50 kilo kələm aldım. Gömrüyü keçən kimi, elə oradaca qoyub, çıxdım. Sonra eşitdim ki, gömrükdə buraxılan tərəvəzləri gömrükçülər yığıb, yenidən başqalarına satırlar. Yəni, ikiqat qazanırlar. Bu səbəbdən də hər kəs apardığını körpüdən çaya atmağa üstünlük verir".




Paylaş:


Müəllif : Tarix:
7-11-2022, 12:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər