Rus əsgərlərinin geyimi bu ölkədə hazırlanır?
Şimali Koreya fabrikləri BMT-nin sanksiyalarına zidd olaraq Rusiya əsgərləri üçün geyim formaları istehsal edir.
Bu barədə “Azad Asiya” radiosu məlumat yayıb.
Radio Şimali Koreyadakı mənbələrə istinadən bildirir ki, paytaxtı Pxenyanda və ölkənin digər bölgələrində ən azı üç fabrik Rusiya ordusunun qış geyimləri ilə təchizatı prosesində iştirak edir.
Pxenyanın Moranbonq rayonundakı geyim fabriki artıq bir aya yaxındır ki, Rusiya hərbi geyimləri istehsal edir. Onlar Ukrayna ilə müharibədə olan əsgərlər üçün qış geyimləri və alt paltarları tikirlər. Hazır formanın Tümen-Xasan yük qatarı ilə Rusiyaya göndəriləcəyi gözlənilir.
Yaxın gələcəkdə çox güman ki, Rusiya ordusu üçün geyim formalarının istehsalı genişlənəcək. Sərhəd şəhəri Rason çəkmələr istehsal edəcək.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 2017-ci ilin sentyabrında qəbul etdiyi qətnamə Şimali Koreyadan bütün tekstil ixracatını tamamilə qadağan edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-11-2022, 20:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər