Türkiyədə çörəyi "axmaq cəmiyyətlərin əsas ərzağı" adlandıran birlik sədri saxlanıldı
Türkiyədə Çörək İstehsalçıları Birliyinin sədri Cihan Kolivar televiziya proqramında dediyi sözlərə görə həbs edilib.
O, çörəyi "axmaq cəmiyyətlərin əsas ərzağı" adlandırıb.
"Çörək yalnız axmaq cəmiyyətlərdə əsas ərzaqdır. Mən elmi əsasla danışıram, bunu özümdən uydurmuram. Türkiyədə adambaşına çörək istehlakı ildə 210 kiloqram, İsveç, Norveç, Danimarka, İngiltərə və Yaponiyada isə 45-50 kiloqramdır. Bizim cəmiyyət qarnını çörəklə doydurduğuna görə belə rəhbərlər 20 ildir ki, hökm sürür" – C.Kolivar deyib.
İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İstanbul Polis İdarəsi Təhlükəsizlik Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Çörək İstehsalçıları Birliyinin sədri Cihan Kolivarın istintaqı tamamlanıb.
Birlik sədrinin Türkiyə xalqını təhqir etmək maddəsi ilə həbs olunduğu deyilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-11-2022, 09:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB