"Bu günə qədər toylarda olmamışam" - Xalq artisti
“Bəzən deyirlər ki, bu fəxri adlar nədir? Kimə lazımdır? Niyə yığışdırılmır? Xeyr, bu bir dəyərdir. Təbii ki, hər kəs şəxsiyyət vəsiqəsindəki adla yaşayır. Bu böyük stimul, sevincdir. Fəxri ad alanda mən də sevinmişdim. O vaxt ulu öndər Heydər Əliyev soruşmuşdu ki, bunun fəxri adı var? Deyiblər ki, yox. Verilişdə olmuşam, çıxıb evə gələnə qədər mənə fəxri ad vermişdilər. “Əməkdar artist” fəxri adını onun imzası ilə almışam”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Mübariz Tağıyev deyib. O daha sonra müğənnilərin toy sənətindən danışıb.
“Bu günə qədər toylarda olmamışam. Təbiətim imkan vermirdi. Rəşid Behbudov da demişdi ki, ya oranı seç, ya da buranı. Həyatımda belə bir şey olmayıb ki, stoldan-stola qaçım, cibimə kimsə pul bassın. İndi də deyirlər ki, sən vaxtilə o yolla getsəydin divarların da qızıldan olardı. Normal həyat sürürəm, problem yaşamıram. Hər adam bizim dövrdə belə etmirdi. Təbii ki, toylara gedib, toylardan məşhurlaşanlar da az deyildi. Mənim repertuarım toy repertuarı deyil. İndi çox gecdir, gərək o illərdə imicimi dəyişib, 6-8-ə başlayardım (gülür)” deyə müğənni deyib.
Xalq artisti bildirib ki, sənətdə iz qoymaq elə də asan deyil.
“Sənətkar özündən sonra bir iz qoymalıdır. Vay o günə ki, desinlər ki, filankəs ölüb getdi, bir iz qoymalıdır. Sənətçi üçün bundan böyük faciə ola bilməz. Bu ölümdən də betərdir. Gənclərə də tövsiyyəm odur ki, sənəti sevib gəlsinlər. Müğənni, məşhurluq üçün bu sənəti seçməsinlər. Zaman-zaman mənə də müğənni olmaq üçün müraciət edənlər olur. Mənim buna vaxtım olmur, çünki başqa işlərim də olur. Bir dəfə müğənni olmaq üçün müraciət edən gəncə dedim ki, gəl bir ifa et, görüm səndə nə var, sonra söhbət edərik. Başladı oxumağa, gördüm ki, onda heç nə yoxdur. Dedim ki, sən indiyə qədər oxumalı idin. Soruşdum ki, niyə müğənni olmaq istəyirsən? Dedi ki, ay Mübariz müəllim, bir az işsizlikdir. Elə bil başımdan qaynar su tökdülər. Demək ki, müğənnilik bu qədər asandır ki, işi olmayan gəlib müğənni ola bilər” deyə sənətkar bildirib.
Mübariz Tağıyev mahnıların səviyyəsinin aşağı düşdüyünü bildirib.
“Bu bizim günümüzün bəlalarından biridir. Efirdə səslənən mahnıların səviyyəsi çox aşağıdır. Nə qafiyə bir-birinə uyğun gəlir, nə də musiqi sözə. Səs də yoxdur. Təbii ki, səsi olan gənclərimiz də var. Amma onları da efirlərə çox az dəvət edirlər. Səsdən başqa hər şeylə gündəmə gəlirlər” deyə sənətkar bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-11-2022, 10:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər