Rəşad Dağlı hadisədən sonra evə qayıdıbmış - Atası danışdı+Video
Qaradağ rayonu ərazisində qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək həbs edilən meyxanaçı Rəşad Dağlının atası Vaqif Əmirov baş vermiş hadisə barədə ilk dəfə danışıb.
V.Əmirov AstarTV-yə açıqlamasında qətldən bir neçə gün əvvəl Rəşad Dağlının olduğu Lökbatandakı məclisdə İskəndər Mehdiyevin də iştirak etdiyini deyib: “Orada narkotiklərin yayılmasına qarşı meyxana deyilib və Rəşadla İsgəndər arasında mübahisə olub. Videodan da görünür ki, həmin mübahisədə digər oğlum Ağa araya girib tərəfləri ayırır. O vaxtdan aralarında münaqişə başlayıb”.
Rəşad Dağlının atası əlavə edib ki, həmin münaqişədən sonra İskəndər oğluna dəfələrlə zəng edib: “Hadisə baş verən gün də Rəşad Ağa ilə toydan evə gəlib. Sonra ona zəng gəlib və evdən çıxıb. Bu zaman Ağa soruşub hara gedirsən, deyib “bir yer var ora gedib gəlirəm”. Bundan sonra xəbər gəldi ki, İskəndəri öldürüb. Ağadan dəfələrlə soruşdum ki, nə baş verib. Axırı dedi ki, dəfələrlə Rəşada zəng edib təhrik edirmiş, ana-bacı söyüşü işlədirmiş. Nəhayət, Rəşad əsəbiləşib deyib, gəlirəm gedək görüşək, “razborka”mızı edək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-11-2022, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər