reklam
Regionxeberlericom.az » Cəmiyyət » Müqavilə ilə xidmət göstərən şəxslər vergi və sosial öhdəlikləri necə ödəyirlər? - Şərh

reklam

Müqavilə ilə xidmət göstərən şəxslər vergi və sosial öhdəlikləri necə ödəyirlər? - Şərh













Müqavilə əsasında xidmət göstərən şəxslər vergi orqanında uçotda olduqda və ya olmadıqda vergiləri necə ödəməlidirlər?

RegionXəbərləricom.az “vergiler.az”a istinadən xəbər verir ki, bunu vergi qanunvericiliyi eksperti Təhməz Qaçayev şərh edib.

Fiziki şəxs vergi orqanında uçotda olarsa, mülki müqavilə əsasında xidmət göstərərsə, bu halda onun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur və gəlirlərindən (xərclər çıxılmaqla) 20% dərəcə ilə gəlir vergisi hesablanmalıdır. Fizki şəxs mikrosahibkarlıq subyekti olduqda isə gəlirlərinin və xərclərinin ayrılıqda uçotu aparılmaqla gəlirlərinə 75% güzəşt hüququ əldə edir.

Həmin şəxs vergi orqanına gəlir vergisi bəyannaməsi təqdim etməlidir.

Mülki xarakterli müqavilə ilə çalışan vergi ödəyicisinin məcburi dövlət sosial sığorta haqqı isə minimum aylıq əməkhaqqı məbləğinin 25 faizi həcmində müəyyən edilib.

Misal 1: Dizayner xidmətləri göstərən şəxsin vergi ili ərzində göstərdiyi xidmətlərdən gəliri 20.000 manat, gəlirdən çıxılmasına yol verilən xərcləri isə 8.000 manat olub. Şəxsin işçi cəlb etmədən xidmət göstərdiyini, gəlir və xərclərinin uçotunu ayrılıqda apardığını nəzərə alaraq vergi öhdəliyini müəyyən edək:

((20.000-8.000 ) -75% x 20% = 600 manat.

Məcburi dövlət sosial sığorta haqqı:

Hər ay 300 x25% = 75 manat (Bakı şəhəri üzrə 100% ödəniş edəcək).

Bəs fiziki şəxs vergi orqanında uçotda olmadıqda və mülki xarakterli müqavilə ilə xidmət göstərdikdə vergi öhdəlikləri necə hesablanır?

Bu halda həmin şəxsdən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutulmalıdır:

- 2.500 manatadək 14%;

- 2.500 manatdan yuxarı olduqda isə 350 + yuxarı məbləğ x 25%.

Məcburi dövlət sosial sığorta haqqı: Gəlirlərindən ödəmə mənbəyində 25%.

Misal 2: Audit xidmətləri göstərən şirkət mülki müqavilə üzrə 1 aylıq müddətə dizayner cəlb edib. Dizayner vergi orqanında uçotda deyil, bu cür xidmətlərlə davamlı məşğul olmur.

Xidmətə görə şirkət dizaynerə 2.000 manat xidmət haqqı ödəyib.

Dizayner üçün ödəmə mənbəyində tutulan verginin məbləği:

2.000 x 14% = 280 manat;

Məcburi dövlət sosial sığorta haqqı:

2.000 x 25% = 500 manat.




Paylaş:


Müəllif : Tarix:
13-11-2022, 21:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər