Beyləqandakı əməliyyatla bağlı - Rəsmi açıqlama
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Beyləqandakı əməliyyatla bağlı məlumat yayıb.
Dövlət Xidmətinin yaydığı məlumatda deyilir:
"Əmlak Məsələləri Dövlət Xidməti korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir.
Qeyd edək ki, son illərdə Dövlət Xidmətinin bəzi əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə tədbirlər həyata keçirilib.
Kütləvi informasiya vasitələrində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Beyləqan Ərazi idarəsinin əməkdaşının saxlanılması xəbəri ilə bağlı bildiririk ki, yol verilən qanun pozuntusu barədə Xidmətə daxil olmuş məlumatlar hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanına təqdim edilib. Hazırda araşdırma aparılır.
Aparılan araşdırmanın qərəzsizliyinin və barələrində təhqiqat aparılan şəxslərin hüquqlarının təmin edilməsi, hazırda təhqiqat prosesinin fəal fazada olmasını, həmçinin təqsirsizlik prezumpsiyasını əsas götürərək araşdırmanın gedişatı barədə rəsmi məlumatın səlahiyyətli orqanından gözlənilməsini məqsədəuyğun hesab edirik. Hazırkı məqamda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən əlavə şərhlərin verilməsi nəzərdə tutulmur".
Xatırladaq ki, ötən gün yerli mətbuatda Dövlət Təhükəsizliyi Xidməti əməkdaşlarının sözügedən qurumda əməliyyat keçirməsi və İdarənin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyevin saxlanılması ilə bağlı məlumat yayılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-11-2022, 11:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər